Zelenski Fitsonu Ukraynaya səfərə dəvət etdi
19:41
| Ana səhifə Planet |
|
Martın ortalarından koronavirus infeksiyasının yayılması səbəbindən İspaniyada tətbiq edilən karantin rejimi zamanı cinayətkarlıq 74 faizə qədər azalıb.
Axar.az xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, sərt karantin tədbirlərinin tətbiq edildiyi mart ayının 14-dən 31-dək ölkədə 73.8 faiz az cinayət qeydə alınıb. Karantin zamanı ümumilikdə 19,7 min cinayət hadisəsi baş verib, ötən ilin müvafiq dövründə isə bu göstərici 75 mindən çox idi.
Koronavirus epidemiyasından ən çox zərər görən Madrid şəhərində cinayətkarlığın səviyyəsi daha aşağı enib. Paytaxtda 2019-cu ilin analoji dövrü ilə müqayisədə 84 faiz az cinayət törədilib.
|
Tarix
2020.05.02 / 19:36
|
Müəllif
Axar.az
|