Yuxarı

Bu məsələ Ərdoğanı narahat etdi: 3 uşaq çağırışımız...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məsələ Ərdoğanı narahat etdi:  3 uşaq çağırışımız...

Bir millətin gücü yalnız ordusu, iqtisadiyyatı və ya texnologiyası ilə ölçülə bilməz. Əsl güc ailə dəyərlərində və nəsildən-nəslə ötürülən mədəniyyətdə mövcuddur.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan vurğulayıb ki, ailə cəmiyyətin təməlidir:

“Ailə zəiflədikdə fərd zəifləyir və cəmiyyət qan itirməyə başlayır. Rəqəmsal texnomədəniyyət dövründə ailə dəyərləri ciddi sınaqlara məruz qalıb”.

Dövlət başçısı bildirib ki, 2002-ci ildən bəri Türkiyəni gələcəyə hazırlamaq üçün böyük mübarizə aparıblar:

“Biz bir çox məntiqsiz və əxlaqsız ittihamlara məruz qaldıq. Hazırkı vəziyyətdə 3 uşaq çağırışımızın doğru olduğu sübut olunub. Ailəni prioritet hesab etdiyimiz üçün bizi qadınları zəiflətməkdə günahlandıranların absurdluğu üzə çıxacaq. Biz həmçinin 1960-cı illərdən bəri həyata keçirilən səhv siyasətin nəticələri ilə üzləşirik. Bizə əhali sayı ilə inkişaf arasında tərs bir əlaqənin olduğu deyildi. Bizi fanatizmdə ittiham etdilər. Hazırda evlilik yaşı, boşanma nisbətləri artır və nəticədə doğum nisbətimiz azalır. Bu rəqəmlər hamımızı narahat edir. Əslində isə bizim mədəniyyətimizdə uşaqlar evin sevincidir. Son 10 ildə süfrələrimizdən təxminən yarım milyon “kiçik qaşıq” (azyaşlıları nəzərdə tutur) yoxa çıxıb. Təxminən hər iki vətəndaşımızdan birinin yaşı 35 civarındadır. Bir millət olaraq, gələcəyimiz üçün narahat olmalı və həll yolları tapmaq üçün hərəkətə keçməliyik”.

Tarix
2026.05.02 / 16:33
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla