Yuxarı

Putinin həyatında tarixi gün

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin həyatında tarixi gün

"Putini bəyənsək də, bəyənməsək də, o, bir çox rusun gözündə Çeçenistanı və Krımı Rusiyaya geri qaytaran şəxs kimi qalıb".

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O, Putinin hələlik rusların gözündə qəhrəman olduğunu bildirib:

"Bu gün Vladimir Putinin birinci dəfə Rusiya prezidenti seçilməsi tarixindən (26 mart 2000-ci il) 15 il keçir. O zaman Putin birinci turdan (52 faizlə) güclə keçərək prezident seçildi. Üstündən 15 il keçdikdən sonra Putinin reytinqi kəllə-çarxa qalxıb. Putini bəyənsək də, bəyənməsək də, o, bir çox rusun gözündə Çeçenistanı və Krımı Rusiyaya geri qaytaran şəxs kimi qalıb. Ancaq bunun nəticəsində Rusiya hansı bəlalarla üzləşdi, bu hələ ki, rusları az narahat edir. Adətən bu böyüklükdə hadisələrin soyuq başla anlaşılması üçün uzun onilliklər lazımdır. Onda xatırlayacaqlar ki, Çeçenistan üzərində nəzarətin bərpası məqsədilə mücahidlərlə yanaşı, 100 gün günahsız çeçenlər necə qətlə yetirildi, kənd və qəsəbələr necə viran qoyuldu və ya Krımın ələ keçirilməsi ilə Ukrayna ilə qardaşlıq münasibətləri necə birdəfəlik itirildi və sairə. Hələ ki, ruslar bu haqda düşünmürlər, vaxtı deyil, ancaq elə ki, sosial və iqtisadi vəziyyət ağırlaşacaq, bəlalarının günahkarı axtarışında adı çəkiləcək birinci şəxs Putin olacaq".

Tarix
2015.03.26 / 15:55
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla