Yuxarı

İŞİD-lə Əl-Qaidə qırğını başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD-lə Əl-Qaidə qırğını başladı

İŞİD-lə Əl-Qaidə arasında münaqişə yaranıb.

Axar.az xəbər verir ki, "İslam xilafəti" terrorçularının liderinin sözçüsü olan suriyalı Əbu Məhəmməd Adnani çıxışında bu məsələyə toxunub. O, "Bağışla, Əl-Qaidə əmiri" başlığı ilə yayımladığı çıxışında mühüm nöqtələri açıqlayıb.

Adnani Əl-Qaidə lideri Zəvahirini İrana köməkdə ittiham edib.

Onun sözlərinə görə, Əfqanıstanda ABŞ qüvvələri ilə döyüşən Taliban və Əl-Qaidə terrorçularının təhlükəsizliyinin təmin olunması və müharibə üçün İran ərazisindən istifadə edilən təchizat yollarının bağlanmamasına görə İrana qarşı hər cür hücum əngəllənir.

Adnani Əl-Qaidə liderinin İrana böyük bir hədiyyə verdiyini deyib:

"Biz heç vaxt Əl-Qaidəyə itaət etmədik".

Onun diqqət çəkdiyi digər məqam isə Əl-Qaidə liderinin Misir Müsəlman Qardaşlarının lideri Mursini kafir elan etməməsi, hətta ona dua etməsidir. O, bunu da Əl-Qaidə və İŞİD arasındakı fərqlərə daxil edib.

Adnani sonda qeyd edib ki, Zəvahiri Mursini kafir, Misir, Tunis və Səudiyyə Ərəbistanı kimi ölkələrə müharibə elan edərsə və Bağdadiyə beyət edərsə, onda etibarlı tərəfdaş sayılacaq.

Tarix
2015.03.26 / 18:23
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla