Yuxarı

Paşinyandan şok: Ermənilər ölə də bilər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyandan şok: Ermənilər ölə də bilər...

Bir neçə gün əvvəl biz məlumat vermişdik ki, apreldə Ermənistanda 70.000 iş yeri qapadılıb, amma mayda onlardan 50.000-i bərpa edilib və ya yenidən açılıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Bu dövrdə faktiki olaraq 20.000 vətəndaş işini itirib və yenisini tapa bilməyib. Bununla belə ümid edirik ki, iş yerlərinin bərpa prosesi davam edəcək. Apreldə biz artıq demişdik ki, iqtisadiyyat dağılır və nə qədər çətin olsa da, iqtisadi məhdiyyətlərin ortadan götürülməsi qərarına gəldim. Əgər bu qərar qəbul edilməsəydi, may ayında 70.000 yox, 150.000 iş yeri qapadılardı. Vacib olan odur ki, biz lokdauna getməyək. Ona görə ki, bu, onminlərlə iş yerinin bağlanmasıyla nəticələnir” – deyə o bildirib.

Qeyd edək ki, erməni mediası bunu “Paşinyan üçün erməni əhalisinin həyatının dəyəri” kimi təqdim edib. Müxalif deputatlar isə Paşinyanın bu açıqlamasına kəskin reaksiya verməkdədir. Onlar hesab edir ki, iqtisadi zərbədən xilas olmaq üçün N.Paşinyan əhalini koronavirusa təslim edir.

Xatırladaq ki, Ermənistanda bu gün koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb: 771 yoluxma, 11 ölü.

Tarix
2020.06.25 / 13:35
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla