Yuxarı

ABŞ Putinin hesablarına həbs qoymalıdır – Senator

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Putinin hesablarına həbs qoymalıdır – Senator

ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, Demokratlar Partiyasından olan senator Bob Menendes Rusiya Prezidenti Vladimir Putinə, Müdafiə naziri Sergey Şoyquya və digər vəzifəli şəxslərə sanksiya tətbiqini təklif edib.

Axar.az xəbər verir ki, Menendes bu sanksiyaların Rusiyanın ABŞ əsgərlərinin öldürülməsinə görə Talibana mükafat təyin etməsi barədə iddialarla əlaqədar tətbiq edilməsini istəyib.

Senator düzəlişlərin Pentaqonun büdcə layihəsinə daxil edilməsini istəyib:

“Belə aydın olur ki, Prezident Tramp Amerika hərbçilərini qorumaq qabiliyyətində deyil. Bu situasiyada ön plana Konqres çıxmalı və Kreml aqressiyasından vətəndaşlarımızı müdafiə etməlidir. Pentaqon büdcəsini bu düzəliş olmadan qəbul etmək olmaz”.

Menendes Putin və Şoyqunun hesablarının dondurulmasını, həmçinin onların ABŞ-a girişinin məhdudlaşdırılmasını istəyib.

O, Rusiyanın müdafiə sektoruna bank məhdudiyyətlərinin tətbiq edilməsi, eləcə də Rusiya oliqarxlarına qarşı sanksiyaların tətbiq olunması gərəkdiyini vurğulayıb.

Tarix
2020.07.02 / 11:51
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla