Yuxarı

“Kommersant” Ərdoğanın İran səfərindən yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kommersant” Ərdoğanın İran səfərindən yazdı

"Prezident Rəcəb Tayyip Ərdoğan Tehrana səfər etdi. Məqsəd İran qazının Avropaya çatdırılmasıdır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın nüfuzlu Kommersant qəzeti çıxış edib.

Qəzetin məlumatına görə, Ankaranın atdığı addımlar sonucda Rusiya və İran arasında enerji rəqabətini artıracaq:

"İranın nüvə probleminin həlli məqsədilə P5+1 ölkələri ilə razılıq əldə etdikdən sonra Ərdoğanın bu ölkəyə səfəri qazın qiymətində 25 faizlik endirim əldə etməyə hesablanıb. Türkiyə 2015-ci ilin ilk rübündə min kubmetr təbii qaz üçün Azərbaycana 290 dollar, Rusiyaya 377 dollar, İrana 431 dollar ödəmə edib. Ankaranın endirimlə bərabər ən mühüm addımı isə İranın TANAP layihəsinə daxil edilməsidir. Sanksiyalar səbəbindən Avropa ölkələrinə təbii qaz nəql edə bilməyən Tehran 2020-ci ilə qədər ildə 20 milyard kubmetr təbii qaz nəqlini reallaşdıra biləcək.

"RusEnergy" şirkətinin sözçüsü Mixail Krutixin bölgədə yeni qaydaların yaranacağını iddia edir. Ankara və Tehran daha öncə hazırladığı Pars qaz boru xətti layihəsi həyata keçə bilər. Hazırda 14 milyard kubmetr tutumu olan boru xəttinin 37 milyard kubmetrə çıxarılması planlaşdırılır. Türkiyə və İran arasında 2008-ci ildə imzalanan bu memorandum sanksiyalar səbəbindən həyata keçmədi. Sanksiyaların aradan qaldırılmasından sonra İran təbii qaz istehsal tutumunu illik 215 milyard kub metrə qədər çıxara biləcək. 35 milyard kub metrə çatacaq ixracatın ən azı 20 milyard kubmetri Avropa ölkələrinə göndəriləcək.

Krutixinin fikrincə, enerji layihələri Moskva ilə Ankaranı üz-üzə qoyacaq. Bu mübarizədə isə Türkiyənin böyük avantajı var. Bu layihələr reallaşarsa, Ankara Qafqaz və Yaxın Şərq qazının Avropaya çatdırılmasında açar ölkə olacaq".

Tarix
2015.04.07 / 19:05
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla