Yuxarı

Beyrutu dağıdan maddəni ora aparan rus kapitan danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beyrutu dağıdan maddəni ora aparan rus kapitan danışdı

Beyrut limanında böyük partlayışa səbəb olduğu deyilən ammonium nitratı 6 il öncə ora daşıyan "MV Rosus" adlı gəminin kapitanı Boris Prokoşev açıqlama verib.

Axar.az xəbər verir ki, kapitan "Moskva 24" televiziyasına açıqlamasında o vaxt apardıqları maddənin gübrə olduğunu zənn etdiyini bəyan edib.

"Onların gübrə olduğunu zənn edirdim. Düşündüm ki, tarlalarda kompost üçün daşınır. Sənədlərdə bu şəkildə qeyd olunmuşdu", - B.Prokoşev söyləyib.

Batumidən Mozambikə üzdüklərini, ancaq texniki problemlər səbəbindən Beyrut limanında dayandıqlarını deyən Prokoşev bunları qeyd edib:

"Gəmidəki bütün kabinlər kilidləndi və açarlar limanda miqrasiya xidmətində saxlanıldı. Bir neçə nəfər gəmiyə gələrək yoxlama apardı. Gəmidən ammonium nitratın Nəqliyyat Nazirliyinin nəzarəti altında anbara aparıldığını öyrəndim".

Prokoşev vurğulayıb ki, gəmi ammonium nitratı daşıdığı üçün Beyrut limanında saxlanılıb.

Qeyd edək ki, 2014-cü ildə Rusiya Dənizçilər Birliyi Moldova bayrağı altında üzən "Rosus" gəmisinin Beyrut limanında ciddi pozuntulara yol verdiyi üçün saxlanıldığını açıqlamışdı. Bildirilir ki, gəmi sahibi layihəyə maraq göstərmədiyi üçün ekipajın maaşını verməyib və partlayışa səbəb olan ammonium nitrat da 6 ildir limanda qalıb.

Tarix
2020.08.06 / 08:45
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla