Yuxarı

Papa Ermənistana getmir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Papa Ermənistana getmir

Roma Papası I Fransisk Ermənistanda qondarma "soyqırım"ın 100 illiyinə həsr olunmuş tədbirlərə qatılmayacaq.

APA-nın "Armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Eçmiədzin kilsəsinin dinlərarası əlaqələr şöbəsinin rəhbəri yepiskop Ovakim Manukyan bildirib.

Onun sözlərinə görə, Roma Papası Ermənistana 2016-cı ildə səfər etməyə qərar verib.

"Roma Papası şübhəsiz ki Ermənistana səfər edəcək, lakin bu apreldə yox, 2016-cı ildə baş tutacaq. Onun 24 aprel tədbirlərinə dəvət olunması barədə məlumatlar həqiqətə uyğun deyil", deyə yepiskop qeyd edib.

Qeyd edək ki, Roma Papası I Fransisk uydurma "erməni soyqırımı"nın XX əsrin ilk soyqırımı olduğunu bəyan edib.

Bu barədə o, aprelin 12-də Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışında bildirib.

Roma Papası nitqində nasizm və stalinizmin dəhşətlərindən də danışıb.

Roma Papasının bəyanatı artıq Türkiyənin sərt etirazı ilə qarşılanıb. Türkiyənin Vatikandakı səfiri geri çağırılıb, Vatikanın Ankaradakı səfiri isə Türkiyə XİN-ə çağırılıb.

Tarix
2015.04.14 / 22:33
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla