Yuxarı

Avropadan şok etiraf: "Maydanda insanları biz güllələdik"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropadan şok etiraf: "Maydanda insanları biz güllələdik"

Kiyevdəki son Maydan hadisələrində nümayişçiləri və polisləri güllələyən snayperlərlə bağlı növbəti bir iddia irəli sürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Parlamentinin deputatı və Polşa prezidentliyinə namizəd Korvin-Mikke Yanuş "Wiadomosci" nəşrinə açıqlamasında 2014-cü ilin fevralında Meydan hadisələrində iştirak edən snayperlərin Polşada təlim aldığını bildirib.

"Maydan - bizim işimizdir. Mən Avropa Parlamentində Estoniyanın Xarici İşlər naziri Urmas Paetin yanında otururdum. O, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə keçmiş ali komissarı Ketrin Eşton ilə söhbətində etiraf etdi ki, bizim insanlarımız Meydanda güllələyirdilər, Rusiya prezidenti Vladimir Putinin və yaxud da Ukraynanın keçmiş lideri Yanukoviçin insanları deyil", - polşalı siyasətçi bildirib.

Onun sözlərinə görə, snayperlər xaosu gücləndirmək üçün 40 nümayişçi və 20 polisi Maydanda güllələyiblər.

Qeyd edək ki, Maydan hadisələrində snayperlərin iştirakı məsələsində bu günə kimi qarşılıqlı ittihamlar bir-birini əvəz edir. Kiyev və Vaşinqton ABŞ, o cümlədən bir sıra Avropa ölkələri snayperlərin Rusiyadan gəldiyini iddia edirlər. Moskva isə bildirir ki, nümayişçilər və polislərin güllələnməsini işini Maydana yaxın binalarda yerləşdirilən amerikalı snayperlər həyata keçirib.

Tarix
2015.04.21 / 00:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla