Yuxarı

Deputatı zibil qutusuna saldılar və... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatı zibil qutusuna saldılar və... - Video

Ukraynanın "Sağ sektor" təşkilatının müəllifi olduğu "zibil lyustrasiyası"nın növbəti hədəfi Dneprodzerjinsk şəhər sovetinin deputatı İqor Lesniçev olub.

Publika.az "tvzvezda.ru" saytına istinadən xəbər verir ki, dünən deputatın ofisinə hücum edən təşkilatın üzü maskalı fəalları onu küçəyə çıxarıblar.

Deputatı küçədəki zibil qablarından birinin içərinə salan "Sağ sektoru"un fəalları onu zibil yeməyə məcbur ediblər. Təşkilatın fəalları bildiriblər ki, onların bu addımı İqor Lesniçevin siyasi mövqeyi ilə bağlı olub. Onun Ukrayna Ali Radasının keçmiş deputatı Oleq Çarev və Donbas separatçılarına yaxın olan digər siyasətçilərlə sıx əməkdaşlıq etdiyi bildirilir.

"Zibil lyustrasiyası" "Sağ sektor"un fəallarının sayəsində Ukraynada məşhurluq qazanıb. Təşkilatın "arzuedilməz" hesab etdikləri siyasətçilərin zibil qutularına salınması onlar üçün bir ənənə halını alıb. "Zibil lyustrasiyası" adını alan aksiya Ukraynanın demək olar ki, bütün regionlarına toxunub. Təşkilatın fəalları deputatlar zibil qutularına salır və onlardan istefa verməyi tələb edirlər.

Məlumata görə, İqor Lesniçevahücum faktı üzrə dələduzluq maddəsi ilə cinayət işi qaldırılıb. Hadisənin iştirakçıları şəhər şurası tərəfindən axtarılır. Lakin "Sağ sektor" cəza almayacağına əmindir. Təşkilatın regional saytında bildirilib ki, Dneprodzerjinskdə məmurların "lyustrasiyası" onlar üçün şərəf məsələsidir. Açıqlamada təşkilatın lideri Dmitri Yaroşun da bu şəhərdə doğulduğu xatırlanıb.

Tarix
2015.04.24 / 23:37
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Sumqayıt, Gəncə və Yevlaxla bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

WUF13-ün bağlanış mərasimi keçirilir - Canlı

Bayramov Rebeka Qrinspanla görüşdü

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

AB Rusiya qazı almağa qayıdacaq - Magyar

Xüsusi nümayəndə Zəngəzur dəhlizindən danışdı

İlham Əliyev bu universitetin rektoruna məktub göndərdi

Quru sərhədlərlə bağlı mühüm xəbər: Gözlənilən tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla