Yuxarı

Əsədin ən zəif nöqtəsi: O, hər an çökə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsədin ən zəif nöqtəsi: O, hər an çökə bilər

"Əsəd rejimi son 4 ildə ən zəif nöqtəyə çatıb. Strateji əhəmiyyət kəsb edən Cisr əş-Şuqurun itirilməsi rejimin məhvinin müjdəçisi olacaq".

Axar.az xəbər verir ki, bu iddia ilə nüfuzlu Vaşinqton Post qəzeti çıxış edib.

Dərgidə yer alan təhlilə görə, Suriyada vətəndaş müharibəsinə çevrilən "xalq qiyamı" 4 ili geridə buraxsa da, əməli irəliləyiş yoxdur. Lakin müxaliflərin son həftələrdə əldə etdiyi gözlənilməz irəliləyiş Bəşər Əsəd rejiminin gələcəyini böyük sual altına alıb:

"Müxaliflərin ötən aylarla nisbətdə çox çətinlik çəkmədən bəzi strateji nöqtələri ələ keçirməsi Dəməşq rəhbərliyinin ölkənin böyük hissəsində nəzarəti getdikcə itirdiyini göstərir. Son olaraq İdlib bölgəsindəki Cisr əş-Şuqur şəhərinin tutulması Əsəd rejiminin ölkənin şimali ilə əlaqəsinin tamamilə kəsilməsi ilə nəticələnib".

Qəzetə danışan Səudiyyə analitiki Camal Kaşukci mövzuya münasibət bildirərək Əsədin 2015-ci ili prezident kimi başa vurmayacağını deyib:

"Hazırda bölgədə ciddi bir oyunçu var və o, müvəffəqiyyət qazanır. Güman edirəm ki, Əsəd rejiminin sonunun gəldiyini görəcəyik".

Qərb diplomatları da "Post"a danışaraq Əsəd rejiminin getdikcə daxildən parçalandığını, İranın ciddi dəstəyinə baxmayaraq, məğlubiyyətə düçar olduğunu deyiblər. ABŞ-ın Suriyada səfiri olmuş Robert Ford isə Əsədin pillə-pillə geri çəkildiyini deyib.

Tarix
2015.04.28 / 14:27
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla