Yuxarı

KQB-nin Arxiv əməliyyatı - Hitlerin tam məhvi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

1980-1990-cı illərin astanasında, Şərqi Avropada postsovet rejimlərinin çökməsi başlayanda, eləcə də Qərbi Almaniya Şərqi Almaniyanı öz təsiri altına salanda neonasistlərin mövqelərinin kəskin gücləndirilməsi baş verir. Sosializmin devrilməsi fonunda sağ qüvvələr nasizmin reabilitasiyasına qismən də olsa nail olmağa çalışırlar.


Hitler üçün məbədgah...


O illərdə sensasiyalara aludə olan Qərb jurnalistləri Adolf Hitlerin qalıqlarının axtarışına başlayır. Bəzi mənbələrdə onun haradasa ADR ərazisində dəfn edildiyi iddia edilirdi. Və o dövrdə "fürerin məzarı"nın axtarışına vəsait ayırmağa hazır olan sponsorlar da az deyildi. Baş verənlər o dövrdə həm Sovet dövlətində, həm də Qərbdə çox həyəcanla qarşılandı. Hitlerin ideya varislərinin yığışa biləcəkləri "müqəddəs" məbədgah təhlükəsi yaranmışdı. Lakin Sovet xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələri çox sakit idilər - onlar əvvəlcədən bütün bu axtarışların uğursuzluğa məhkum olduğunu bilirdilər...


Fürerin sevimli iti də yandırılmışdı

Adolf Hitlerin ölüm tarıxı kifayət qədər zəngindir. Dünyanın bir nömrəli nasisti və onun həyat yoldaşı Yeva Braun intihar etdikdən sonra cəsədləri Reyx binasının bağında, öz istəklərinə uyğun olaraq bunker yaxınlığında yandırılmışdı. Burada onlar ömürlərinin son günlərini keçirmişdi.

Hitler hesab edirdi ki, belə etməklə hətta onun meyiti də Sovet əsgərlərinin əlinə düşməyəcək. Lakin bədəni tamamilə yandırmaq mümkün olmamışdı və artıq SMERŞ-in axtarış qrupu mayın 5-də baş leytenant Aleksey Panasovun rəhbərliyi altında yanmış meyitləri aşkar etmişdi. Bu tapıntı haqqında hər şey gizli saxlanılırdı.

Hökumət komissiyası 1946-ci ilin fevralında aparılan çoxsaylı ekspertizalar nəticəsində son nəticəyə gəlir ki, tapılan qalıqlar həqiqətən Adolf Hitler və Yeva Brauna məxsusdur. Bu iki cəsəd qalıqlarından başqa, Yozef və Maqda Gebbelslərin, həmçinin valideynləri tərəfindən zəhərlənən altı uşağın qalıqları da aşkar edilir. Qalıqların arasında Hitlerin sevimli itinin cəsədi də tapılır.

Ekspertiza keçirilən müddətdə qalıqlar "yerlərini" əks-kəşfiyyat şöbəsi SMERŞ ilə birlikdə tez-tez dəyişirlər. Və hətta bir neçə dəfə müvəqqəti olaraq Bux, Fin, Raten şəhərində dəfn də edilirlər. Nəhayət, 1946-ci ildə bütün ekspertizalar başa çatdıqdan sonra Hitler, Yeva Braun, həmçinin Yozef və Maqda Gebbels və onların uşaqları Almaniyanın Maqdeburq şəhərində Sovet qoşunlarının 3-ci ordusunun hərbi şəhərciyinin ərazisində, ciddi məxfilik şəraitində dəfn olunur. Əks-kəşfiyyat şöbəsinin binası ilə yanaşı olan məzarlıq asfaltla örtürülür. Belə bir məzarlığın varlığı haqda çox dar bir çevrənin xəbəri olur.


Andropovun xüsusi məktubu...


Bu çevrə nə qədər dar, qapalı olsa da, 20 ildən sonra Maqdeburqdakı məzarlıq haqqında məlumat mətbuata sızır. Bu da imkan yarandıqdan sonra alman jurnalistləri və sağ radikalçıların axtarış işlərinin vüsət almasına səbəb olur. Axtarışa çıxanların isə təbii ki, SSRİ DTK-nın 1970-ci ildə keçirdiyi tam məxfi "Arxiv" əməliyyatından xəbərləri yox idi. "Hitler məsələsini" yekunlşdırmaq haqda qərarın təşəbbüskarı SSRİ DTK-nın o vaxtkı sədri Yuri Andropov olur. Bu, o illər idi ki, Hitlerin Cənubi Amerikaya qaçması haqqında şayiələr gəzirdi.

Hitlerin bunkeri

Moskva bu məsələlərə heç vaxt cavab vermirdi. Hitlerin cəsədi haqqında iş SSRİ üçün siyasi bumeranq rolunu oynaya bilərdi. Məhz onda Andropov Sov.İKP MK Siyasi Bürosunun razılığı ilə bu yersiz "əşya"dan azad olmaq və bu işi birdəfəlik "arxivləşdirmək" qərarına gəlir. 13 mart 1970-ci ildə Yuri Andropov SSRİ rəhbəri Leonid Brejnevə xüsusi əhəmiyyətli məktub yazır: "1946-ci ildə fevral ayında Hitler, Yeva Braun, Gebbelslər və onların övadları (cəmi 10 cəsəd ) DTK Xüsusi şöbəsinin hərbi şəhərciyinin ərazisində, Maqdeburqda dəfn edilib. Hazırda sözügedən hərbi şəhərcik alman hakimiyyətinə təhvil verilir. Tikinti və ya digər torpaq işlərinin aparılması zamanı qalıqların tapılması imlkanını nəzərə alaraq, bu ərazidən qalıqların çıxarılması və onların yandırılması yolu ilə məhv edilməsi məqsədəuyğun olardı. Tədbir Dövlət Təhlükəsizlik Komitəsinin Xüsusi şöbəsinin əməliyyat qrupu tərəfindən tam gizli şəkildə icra olunacaq və lazımınca sənədləşdiriliəcək".


Martın 16-də Andropovun təklifi Brejnev, Sovet hökumətinin başçısı Aleksey Kosıgin, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Podqornıy tərəfindən təsdiq edilir. Martın 18-də DTK-nın rəhbəri bu əməliyyatın keçirilməsinin xeyir-duasını alır və "Arxiv" əməliyyatı başlayır.

Əməliyyatın adı isə nasist arxivinlərinin taplıması üçün aparılan qazıntı işləri ilə əlaqələndirilmişdi. Bu məlumatı guya SSRİ-də mühakimə olunan hərbi cinayətkar vermişdi.

"Arxiv" əməliyyat planı Maqdeburq şəhərində martın 26-da təsdiqlənib və göndərilib. Orada bildirilirdi:


1. DTK-nın Xüsusi şöbəsinin tağım qüvvələri tərəfindən əməliyyat keçirilməmişdən əvvəl dəfn yeri üzərində altında tam olaraq planda nəzərdə tutulan işlərin görülməsi üçün imkan yaradacaq çadır qurulsun.

2. "Arxiv" əməliyyatının keçirilməsi zamanı çadırı xüsusi təyinatlı əsgər qüvvələri qorusun.

3. Nəzarət üçün gizli post təşkil etmək, yaxınlıqdakı yaşayış məntəqələrindən vizual kəşfiyyatın bütün mümkün variantlarını yoxlamaq; əgər hər-hansı bir müşahidə aşkarlanarsa, vəziyyətə uyğun hərəkər etmək;

4. Qazıntı işlərini gecə aparmaq, tapılan qalıqları xüsusi olaraq hazırlanmış yeşiklərə yığmaq və avtomaşınla piyada və tank qoşunları tədris sahələrinə aparıb orada yandırmaq".


"Arxiv" əməliyyatı uğurla həyata keçirilir. Arxeoloji qazıntılara heç bir diqqət qeydə alınmır. 1970-ci il aprelin 4-nə keçən gecə polkovnik Kovalenkonun rəhbərliyi altında əməliyyat qrupu qəbiri açır. İçində cəsədlərin qalıqları olan yeşiklər artıq çürümüşdü, toza çevrilmişdi, sümüklər torpaqla bir-birinə qarışmışdı. Cəsədlərin qalıqlarının güclü dərəcədə dağılması səbəbindən onların dəqiq hesabatlarını aparmaq mümkün deyildi. Amma kəllə sümüyünün qalıqlarının sayından onların 10 və ya 11 olmalarını demək olardı.

Qalıqlar operativ əməkdaşlar tərəfindən mühafizə olunan qutulara qoyulur, qazılmış yerin əvvəlki görünüşü bərpa olunur. Torpağa qarışmış kül toplanaraq çaya atılır, 1970-ci il aprelin 5-də səhər əməliyyatın sonuncu mərhələsi həyata keçirilir. Qalıqları məhv etmək üçün onları Maqdeburq şəhərinin 11-ci kilometrliyində çöldə sümük qalıqları tonqalda yandırılır. Qalıqlar yanıb kül olur, torpağa qarışmış kül toplanaraq, Biderits çayına atılır.

Qalıqların çıxarılması və onların fiziki məhvi barədə "Akt" cəmi bir nüsxədə tərtib edilir və Moskvaya göndərilir. Bəlkə elə bu, faktın tam məxfi qorunmasını uzun illər mümkün etmişdi - "Arxiv" əməliyyatı barədə məlumat ictimaiyyətə yalnız 1990-cı illərdə verilir.

Beləliklə, SSRİ DTK-nın uzaqgörən rəhbəri Yuri Andropov 20-ci əsrin ən böyük qorxulu ideoloji rəhbəri Fürerin pərəstişkarlarına gələcəkdə heç bir "arilər qüdrətinin" bərpası şansını buraxmadı və eləcə də onun məzarının məbədgaha çevrilmə mümkünlüyünün qarşısını aldı.

Analitik.az

Tarix
2015.04.28 / 23:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla