Yuxarı

“Rus ordusu qış yuxusundan oyanır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rus ordusu qış yuxusundan oyanır”

Rusiya Silahlı Qüvvələri son illərdə tarixinin ən əhatəli modernizasiyası və yenidən silahlanma prosesindən keçir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın "Nəşnl İnterest" (The National Interest) jurnalının Rusiya ordusu ilə bağlı yayımladığı məqalədə yer alıb.

Jurnal uzun müddətdən sonra modernizasiya mərhələsinə girən və bu sahədə böyük addımlar atılan rus ordusunu qış yuxusundan oyanan ayıya bənzədib.

Məqalədə Rusiyanın yeni nəsil Armata T-14 tankının T-72, T-80 və T-90 kimi tankların yerini alacağı qeyd olunub.

Jurnal bundan əlavə Rusiyanın "Kurganets" piyada döyüş maşınına da yer verib. Xarici görünüşü ilə "Bradley", "Varrior" və CV-90 kimi Qərbin modellərini xatırladan bu texnikanın qoruma səviyyəsinin hələ bilinməyən modullarla təchiz edildiyi bildirilir.

"Yeni proqram rus ordusunu Avrasiyanın ən güclüsü etməyi qarşısına məqsəd qoyub", - deyə jurnal qeyd edib.

Qeyd edək ki, Rusiya ordusunun gücü və yeni texnikalar mayın 9-da Moskvada keçiriləcək hərbi paradda nümayiş olunacaq.

Tarix
2015.05.02 / 20:00
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla