Axar.az
Yuxarı

Biz təkcə meydanda məğlub olmadıq... – Sərkisyandan şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və diplomatik müharibədə də Azərbaycana uduzdu.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Armen Sərkisyan “Arovat” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bu illər ərzində Azərbaycana müqavimət göstərə biləcək ordu qura bilməyiblər, hərbi texnika və hazırlıq olmayıb:

“1994-cü ildə biz qalib dövlət idik, dünyada, o cümlədən Avropada və NATO-da düşünürdülər ki, regionda ən güclü ordu bizimdir. Həmin vaxt Qarabağda erməni əhalisinin sayı 100 mindən bir qədər çox idi, 26 ildən sonra yenə 100 mindir və ya 130 mindir. Biz bu demokrafik müharibəni uduzduq. 26 ildən sonra Qarabağda 500-600 min erməni yaşaya bilərdi. Hansı şəkildə bunu edə bilərdik? - müzakirə etmək istəmirəm, amma düşünürəm ki, mümkün idi”.

Sərkisyan deyib ki, diplomatik nümayəndəliklər 3-4 dəfə daha artıq maliyə almalı idi:

“Azərbaycan isə öz diplomatiyasını gücləndirmək üçün hər şey etdi”.

Erməni prezident erməni mediasını da tənqid edib, bu sahədə də Azərbaycandan geri qaldıqlarını deyib və medianın Feysbukdan “kopipəst”dən başqa bir iş görmədiyini bildirib. Buna baxmayaraq, Ermənistanda informasiya texnologiyaları sahəsində yaxşı kadrların olduğuna inandığını da qeyd edib.

Sərkisyan elmdə də geri qaldıqlarını, Ermənistanda hər şeyin insanlardan, ayrı-ayrı fərdlərdən asılı olduğunu, sistem formalaşmadığını bildirib.

Dövlətə, sistemə inam və münasibətdə ciddi problemlər olduğunu deyən Sərkisyan ordudan başlayaraq, bütün sahələrdə sistemin yaradılmalı vacibliyini vurğulayıb.

Tarix
2020.11.20 / 23:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dəqiq tarix verildi: Pandemiya bu vaxt bitəcək

Gizli mənbədən şok: Fəxrizadəni biz öldürdük

Bolqarlar bizi məhv etmək istəyir - Aparıcı

Məktəbləri yox, barları bağlayın! - İnfeksionist

ABŞ-da korona ilə bağlı son vəziyyət

110 fermer öldürüldü, qadınlar girov götürüldü

Moskvada bir gündə 72 nəfər koronadan öldü

Fransız nazir: 100-ə yaxın polis yaralanıb

Levotolo vulkanı yenidən püskürməyə başladı - Video

Argentinada güclü zəlzələ

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla