Eyni gündə iki tarixi olay: TRİPP və...
12:07
| Ana səhifə Planet |
|
İsrail rəhbərliyi İordan çayının qərb sahilindən işləmək üçün hər gün bu ölkəyə keçən fələstinlilərə yəhudilərin olduğu avtobuslara minməyi qadağan edən qərarı ləğv edib.
Axar.az xəbər verir ki, sözügedən qərarın ləğv olunmasına ölkə siyasilərinin buna sərt etirazları səbəb olub.
İsrail Baş naziri Benyamin Netanyahu ilə Müdafiə naziri Moşe Yalon arasında keçirilən görüşdən sonra qərarın ləğv edildiyi açıqlanıb.
Qeyd edək ki, başda Sionist Birlik Partiyasının lideri İsak Herzoq olmaqla bir çox siyasətçi bu qərarın İsrailin beynəlxalq nüfuzuna zərər verəcəyini bildirmişdilər.
|
Tarix
2015.05.20 / 17:57
|
Müəllif
İlham Sahiloğlu
|