Yuxarı

Savaş ssenarisi: İran İsraili burdan vura bilər - Nİ

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Savaş ssenarisi: İran İsraili burdan vura bilər - Nİ

İsrail və İran arasında savaş bütün Yaxın Şərq üçün əsl kataklizm olar.

Axar.az xəbər verir ki, bu sözlər amerikalı ekspert Robert Farlinin “Nəşinl İnterest” jurnalındakı məqaləsində yer alıb. Məqalədə vurğulanıb ki, İran və İsrail açıq müharibənin maraqlarına uyğun olmadığını çoxdan müəyyən ediblər, amma tərəflərdən biri hər an öz fikrini dəyişə bilər:

“Tehran xalq qiyamlarından və ölkə daxilindəki iqtisadi çətinliklərdən diqqəti yayındırmaq və ya lokal müharibənin ona regionda kifayət qədər siyasi nüfuz gətirəcəyi fikri ilə müharibəyə başlamaq qərarı verə bilər. İsrail də sürətli və dağıdıcı müharibənin İslam Respublikasını legitimlikdən məhrum edib, ölkədə destabilizasiya yaradacağı, eləcə də regionda nüfuzunu azalda biləcəyi nəticəsinə gələ bilər”.

Farli İsrailin İrandan silahlanmanın bütün tipləri baxımından öndə olduğunu bildirib. Ekspert İsraili geri salan yeganə məqamın ballistik raket olduğunu deyib:

“İran Suriya kimi, İraqda da hərbi resurslarını yerləşdirib. Etibarlı nümayəndələrin idarə etdiyi raket batareyaları bütün İsraildəki hədəfləri məhv edə bilər. İranın öz ərazisindən hədəfi vurmaq imkanı verən ballistik raketləri var. İranın Səudiyyə Ərəbistanının neft obyektlərinə PUA-ların köməyi ilə hücumu onun İsraillə mübarizə modelini nümayiş etdirir. İsrailə əsas zərbələri Suriya, Livan, Qəzza və İraqdakı iranyönlü döyüşçülər endirəcək”.

Ekspert İsrailin ilk növbədə İranın təsir dairəsində olan qüvvələrin raketlərini məhv etməyə çalışacağını deyib:

“Müharibə nə qədər davam edəcək? Yekunda İranın etibar etdiyi nümayəndələrin raket ehtiyatları onların entuziazmı kimi azalacaq. Əlbəttə, çox şey ABŞ-ın mövqeyindən asılı olacaq. Bununla belə müharibə İsraillə İran arasındakı ölkələrin dinc sakinlərinə baha başa gələcək”.

Tarix
2021.01.23 / 16:39
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla