Ermənistan şirkətləri Suriya və Liviyaya qaçaq silah
daşıyır.
Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən
xəbər verir ki, Ermənistan rəhbərliyinin terrora dəstək verməsi və
silah satışından külli miqdarda maliyyə vəsaiti əldə etməsi barədə
ilginc faktlar əldə olunub.
Ermənistan mətbuatından və sosial şəbəkələrdən əldə olunmuş
məlumata görə, Ermənistan prezidenti Serj Sərkisyanın biznes
ortağı, erməni əsilli oliqarx, iş adamı David Qalstyan rəhbəri
olduğu "DG Arms Corporation" şirkəti vasitəsi ilə Serbiya və
Albaniyadan qeyri-leqal yolla Suriya və Liviyaya müxtəlif növ
silah-sursatın daşınması ilə məşğuldur.
"DG Arms Corporation" şirkəti müxtəlif vaxtlarda Albaniya
müdafiə sənayesi nəzdində fəaliyyət göstərən "MEIKO" və Serbiyanın
"MDI" və "Moisston İnceneri" şirkətləri vasitəsilə Ermənistan
üzərindən Suriya və Liviyaya minaatan silah və mina mərmiləri,
eləcə də sursat satışını həyata keçirir.
Daşınma Sərkisyana və onun ətrafına məxsus "Southern Airlines",
"Ayk Air", "Skvia", "Taron Air" və "Vaqram Samonyan" hava yolları
şirkətləri vasitəsi ilə aparılır. David Varazdati Qalstyan hazırda
Ermənistan rəhbərliyi, xüsusən S.Sərkisyan və S.Ohanyanla şərikli
bir sıra şirkətlərə sahibdir.
Xarici mətbuatın yazdığına görə, Qalstyan həyat yoldaşı Samveli
Marqaryanla uzun müddətdir nikahda olmasına baxmayaraq, "Lubawa
Armenia" adlı Ermənistan-Polşa birgə müəssəsəsinin qadın rəhbəri
ilə yaxın əlaqədədir.
Qeyd edək ki, adı çəkilən şəxslər mütamadi olaraq xaricə "iş
səfərləri" zamanı, əsasən də Dubay şəhərində görüşürlər. Bu "xüsusi
iş görüşləri" David Qalstyan tərəfindən S.Sərkisyan və yaxın ətrafı
üçün də tez-tez təşkil olunur.