Yuxarı

Yaxın Şərqdə vəziyyət dəyişir - Yeni ittifaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın Şərqdə vəziyyət dəyişir - Yeni ittifaq

"Hazırkı məqamda İran-İraq-Suriyanı iki əsas amil birləşdirir".

Bu barədə Axar.az-a politoloq Fərhad Mehdiyev açıqlama verib. Mövcud situasiyada İran-İraq-Suriya ittifaqını şərh edən politoloq işin kökündə iki mühüm amilin dayandığını bildirib:

"Birincisi, şiəlik amili, ikincisi İŞİD təhküləsidir. Bilirik ki, İŞİD-çilər şiə və ələvilərin həyat hüququnu əllərindən alaraq onları qətlə yetirirlər. İranda rəsmi olaraq bu məzhəb var, İraqda da hazırda hökumət şiələrin əlində cəmləşib. Yəni hazırkı geosiyasi şəraitdə bu üçlüyün birləşərək Əsədə dəstək verməsi başadüşüləndir. İki il bundan əvvəl Suriyada müxalifətin əsas hissəsini İŞİD-çilər təşkil etmirdi. Bu gün isə qarşılaşdığmız mənzərə tamamilə fərqlidir. İndi bu ölkədə müxalifətinin əsas hissəsi İŞİD-çilərdir. Burada söhbət təbii ki, Əsədə qarşı döyüşənlərdən gedir. Liberal cəbhədə olan müxalifət artıq xeyli marjinallaşıb. Qərb ölkələrinin kifayət qədər dəstək verməməsi bunların silah, maddi cəhətdən zəif düşməsinə gətirib çıxardı, nəticədə də İŞİD-ə qoşuldular".

F.Mehdiyev sözügedən ittifaqın qurulmasında siyasi amillərin olması ehtimalına da aydınlıq gətirib:

"Yaxın Şərqdə müəyyən qruplaşmaların mövcudluğu müşahidə edilir. Mövcud şəraitdə İraqın dəstək və müttəfiq ola biləcəyi ölkə yalnız Suriya və İrandır. Çünki Yəmən, Qətər, Bəhreynə baxsaq, bu ölkələrin daha çox Səudiyyənin yönləndirdiyi koalisiyada təmsil olunduğunu görərik. Bunlardan hər ikisinə bərabər məsafədə qalmağa çalışan isə Misirdir. Belə baxanda Misir də regional gücdür. Bu da onunla bağlıdır ki, Misirin öz daxilində vəziyyət olduqca qarışıqdır".

Qeyd edək ki, ən son məlumata görə İran Suriyaya 15 min döyüşçü göndərib.

Tarix
2015.06.05 / 10:05
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Onlar Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı...

Xocalı soyqırımının məsuliyyətini Ermənistan daşıyır

Bu, ədalətimizin son nöqtəsi idi - Prezident

Abiy Əhməd Əli Azərbaycanda səfərdədir

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla