Yuxarı

“Ən böyük problem Ərdoğanla bağlı olacaq...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ən böyük problem Ərdoğanla bağlı olacaq...”

"Dəyərlər və düşüncə etibarilə AKP-yə ən yaxın partiya MHP-dir".

Bu barədə Axar.az-a açıqlamasında Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli danışıb. Onun sözlərinə görə, MHP-yə xas mühafizəkar və millətçi qanad AKP-nin daxilində də böyükdür:

"Ona görə də seçki bitər-bitməz bu ehtimal çox ciddi şəkildə müzakirə olunur. MHP-nin şərtləri çox ağırdır və AKP-nin bu şərtlər daxilində koalisiyaya getməsi çox çətindir. Təbii ki, danışıqlar başlasa, AKP bu şərtlərin bir qismini yumşaltmağa və gündəmdən çıxartmağa çalışacaq. Sadəcə olaraq Ədalət və İnkişaf Partiyasının, Davudoğlunun ən böyük problemi heç də bu üç partiya ilə bağlı deyil. Ən böyük problem Ərdoğanla bağlı olacaq. Çünki koalisiya qurulsa, bu, Ərdoğanın üst siyasətdə yeri və rolu xeyli dərəcədə zəiflədilmiş şərtlər daxilində olacaq, hər üç halda belə".

N.Cəfərli bildirib ki, hazırda Davudoğlu və Ərdoğanı düşündürən bir məsələ var, o da AKP üzərində basqının nə dərəcədə neytrallaşdırılmasıdır:

"Çünki prezidentin öz səlahiyyətləri var və bu çərçivədə müxtəlif vasitələrlə hökumətin işinə müdaxilə edə bilir. Bu müdaxilələrdən çəkindirmək məsələsi gündəmə gələcək və Davudoğlunun ən çətin danışıqlarından biri Ərdoğanla müəyyən məsələlərin razılaşdırılması olacaq. Əgər Ərdoğan öz ambisiya, başqanlıq sistemi və çox güclü bir icra strukturu arzularından geri çəkilərsə, o zaman MHP və digər partiyalarla koalisiya ehtimalı güclənəcək. Əks təqdirdə danışıqlar ağır şərtlər daxilində davam edərsə, ola bilsin yaxın zamanlarda erkən seçim qərarını görək və ilin sonuna qədər Türkiyədə növbədənkənar seçkilərin şahidi olaq".

Qeyd edək ki, MHP Türkiyədə koalisiya hökumətinin qurulması ilə bağlı 4 şərt irəli sürüb.

Tarix
2015.06.10 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bakı müharibəni bitirmək istədi, Paşinyan razı olmadı - Köçəryan

Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...

F-16-ların göyərtəsindən Bakı belə görünür - Video

İlham Əliyevin güclü liderliyinin göstəricisi... - Ərdoğan

Azərbaycan razılıq verərsə, görüş olar... - Uraloğlu

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik etdi

Eşq olsun Azərbaycan bayrağına! - Prezident

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla