Yuxarı

Türkiyə-AB münasibətlərində 6 əsas istiqamət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə-AB münasibətlərində 6 əsas istiqamət

Türkiyə Avropa Birliyi ilə münasibətlərinin müsbət dinamikada irəliləməsinin tərəfdarıdır.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Faruq Qaymaqçı ölkə mətbuatına açıqlamasında deyib.

O, münasibətlərin yaxşılaşması üçün lazım olan 6 parametri də açıqlayıb:

“İlk parametr - Türkiyə qoşulma perspektivini gücləndirməlidir.

İkinci parametr Türkiyə-AB arasında yüksək səviyyə dialoq iclaslarının əvvəllər olduğu kimi davamlı keçirilməsidir. Yəni, nəqliyyatdan tutmuş enerjiyə, terrorizmlə mübarizədən xarici siyasətə və kənd təsərrüfatına qədər hər sahədə birlikdə atıla biləcək bir çox addım var. Bu sahələrdə dialoq mexanizmlərinin fəaliyyəti hər iki tərəfin maraqlarına cavab verir.

Üçüncü parametr Gömrük İttifaqının yenilənməsi məsələsidir.

Dördüncü parametr terrorla mübarizə məsələsidir.

Beşinci viza azadlığı məsələsidir. Bu məsələ ilə bağlı Türkiyə 72 meyardan 66-sını yerinə yetirib. Yerdə qalan 6 meyarla bağlı isə çalışmalar davam edir.

Sonuncu parametr olaraq Türkiyə və AB-nin miqrasiya məsələsində əməkdaşlığını göstərmək olar. AB-nin 18 mart razılaşmasına əsasən, miqrasiya məsələsində üzərinə düşən öhdəlikləri yerinə yetirməsini gözləyirik”.

Tarix
2021.05.09 / 10:11
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla