Putinin üzr zəngində 2 vacib məqam: Ukraynaya ehyam…
07:00
Ana səhifə Planet |
Belarusun Baranoviçi şəhəri yaxınlığında Lida qırıcı aviabazasına məxsus Yak-130 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.
Axar.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
“Tədris-təlim uşusunu yerinə yetirən ekipaj texniki nasazlıq aşkarlayıb. Mərdlik və qəhrəmanlıq göstərən pilotlar təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırmağa çalışıblar. Təyyarənin yaşayış evlərinə düşməyəcəyinə əmin olduqdan sonra katapult olunublar. Təəssüf ki, hər iki təyyarəçi həyatını itirib”, - deyə qurumdan bildiriblər.
Başqa dağıntılar və zərər çəkənlər olmayıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri qəzanın nəticələrini aradan qaldırıb.
Tarix
2021.05.19 / 18:30
|
Müəllif
Axar.az
|