Yuxarı

Ərdoğanın boyunbağısı üçün nazirə 48 saat vaxt verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın boyunbağısı üçün nazirə 48 saat vaxt verildi

Əminə Ərdoğanın yardım məqsədi ilə göndərdiyi boyunbağını ələ keçirdiyi iddia edilən Pakistanın keçmiş baş naziri Gilaniyə onu qaytarması üçün 48 saat vaxt verilib.

Axar.az xəbər verir ki, Əminə Ərdoğanın 5 il əvvəl Pakistanda baş vermiş sel fəlakəti üçün təşkil edilən yardım kampaniyasına bağışladığı boyunbağı yoxa çıxandan sonra Baş nazir Yusif Rza Gilani dövlət arxivlərində qeydiyyatı tapıla bilməyən boyunbağının onda olduğunu söyləmişdi:

"Əminə Ərdoğan bacımdır. Boyunbağı pulunun 8 qatını 8 gəlinə verdim. Boyunbağı məndədir".

Dövlət arxivlərinin rəsmisinin açıqlamasından sonra artıq keçmiş baş nazirə istintaq işi açılıb:

"Əslində isə o pulu mən verib boyunbağını Əminə xanıma geri göndərməsi üçün Gilaniyə təhvil verdim" .

İstintaq sonunda verilən qərara görə, Gilani dövlətdə olması gərəkən hədiyyəni öz əlinə keçirib.

Daxili İşlər Nazirliyi dünən Gilaniyə boyunbağını geri qaytarmaq üçün 48 saat verib. Boyunbağı qaytarıldıqdan sonra Pakistan hökuməti tərəfindən Əminə Ərdoğana geri göndəriləcək.

Tarix
2015.06.23 / 13:08
Müəllif
Jalə Səmədova
Digər xəbərlər

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla