Söhbət Fransanın Langedok
vilayətində yerləşən Bezye şəhərinin meri Robert Menardan gedir. O
həm də mer olmayana qədər "Sərhədsiz reportyorlar" təşkilatının
yaradıcısı və baş direktoru kimi məşhur idi.
Fransalı jurnalist Nicolas Poincare onu "sərhədsiz təxribatçı"
adlandırır və yazır: "Bələdiyyə polisini silahlandırmaq,
pəncərələrdən paltar asanları cəzalandırmaq, multikultur Fransanı
rədd etmək. Sərhədsiz reportyorların bu keçmiş rəhbəri soldan sağa
təxribatlarla məşğuldur". Fransız jurnalistlərin təxribatçı
adlandırdığı Menard Azərbaycanda da məşhurdur. Xüsusilə vaxtilə
nənəsindən küsən, borca düşən, yaxud burnu qanayan bəzi
jurnalistlərimiz fransızların sərhədsiz provakatoruna pənah
aparırdı. 2006-cı ilə qədər "Sərhədsiz Reportyorlar"ın baş
direktorunu Azərbaycanda tez-tez görmək mümkün idi. Həmin vaxtdan
sonra isə onun ayağı Bakıdan kəsildi və ölkəmizə qarşı məqsədli
çirkin fəaliyyətin də məhz o zamandan başlayır. "Sərhədsiz
reportyorlar" təşkilatının hər il yaydığı hesabatlarda Azərbayanın
adı mütləq şəkildə sonuncu sıralara salınır. Hətta Ermənistan,
yaxud Afrikanın hansısa ölkəsinin "bəxtinə" daha yaxşı yerlər
düşür. Təbii ki, bu, reallıqdan deyil, Robert Menardın, elə onun
vaxtilə rəhbərlik etdiyi təşkilatın Azərbaycana, daha doğrusu,
müsəlman ölkəsi olan Azərbaycana münasibətindən irəli gələn
məsələdir. Bu təşkilatın istər Menardın rəhbərliyi dövründə,
istərsə indi Azərbaycanla bağlı irəli sürdüyü iddialar məsələyə
"fransız qalmaq" (türklərin leksikonunda "bixəbər qalmaq") kimi bir
şeydir. Yəni təşkilat alternativ fikirə yer vermədən, yalnız özünə
lazım olan uydurma məlumatları yayımaqda peşakardır. Bütün
hesabatlarda Robert Menardın dəsti-xətti aydın sezilir. Əsas məsələ
isə Menardın həyat prinsipinə çevirdiyi və özündən sonra "Sərhəsiz
Reportyorlar" üçün qoyduğu islamofob və anti-Azərbaycan ənənəsinin
səbəbləridir.
İslamafob, təxribatçı və Fransa demokratiyasının
düşməni...
Fransızlar Menardı belə xarakterizə edir və haqqında ortaya
çıxan faktlar onun anti-Azərbaycan mövqeyinə dair qaranlıq
məqamlara da aydınlıq gətirir. Robert Menard Beyze şəhərinin meri
seçiləndən sonra rəhbərlik etdiyi ərazidə yerləşən məktəblərdə
şagirdilərin statistikasını çıxarıb. Bu ilin may ayında "France 2"
telekanalına müsahibəsində özü bu barədə belə deyib: "Rəhbərlik
etdiyim meriyanın əldə etdiyi məlumatlara görə, dövlət büdcəsindən
maliyyələşən ibtidai məktəblərdə oxuyan şagirdlərin 64,6 faizi
müsəlman uşaqlarıdır". Onun Fransa qanunlarına zidd fəaliyyəti
haqda açıqlaması ciddi rezonans doğurdu. Çünki bu ölkədə 1978-ci
ildə qəbul edilmiş qanuna görə, insanların dini mənsubiyyətinə görə
siyahıya alınması qadağan edilir. Qanunu pozanları 5 il həbs və 300
min avro cərimə gözləyir.
Menarda qarşı cinayət işi qaldırılsa da, heç bir tədbir
görülmədi. Lakin ictimai qınaq şiddətlənmişdi. Çünki Menardın
şovinist mövqeyini gizlətmək mümkün deyildi. O, bələdiyyə
seçkilərində irqçi, şovinist, ifrat radikal olan "Milli Cəbhə"ni
dəstəkləməklə indiyə qədərki "sərhədsiz" fəaliyyətini ifşa etmişdi.
Qalmaqal ciddi şəkil alanda Menard mətbuat konfransı keçirərək
vəziyyəti düzəltməyə çalışdı. Amma əsl həngamə hələ qabaqda idi.
"Statistikaya ehtiyac yoxdur. Əgər oğlanın adı Məhəmməddirsə, bir
qayda olaraq bu uşaq Şimali Afrikadan olan mühacirlərin övladıdır.
Etnik-dini mənsubiyyətlə bağlı statistika isə əhali ilə işdə
gərəklidir. Şəhərimizdə elə vəziyyət yaranıb ki, əhalinin bir qismi
öz müsəlman, ərəb aləminə qapılıb və cəmiyyətə inteqrasiya olunmur.
Bu müsəlmanlar fransız dilini pis bilirlər. Onların övladları
məktəblərdə fakultativ qaydada fransız dilini öyrənmirlər, elə öz
türk və ya ərəb dillərində danışırlar. Anası fransız dilində
danışmayan uşağı Fransa cəmiyyətinə inteqrasiya etmək mümkün deyil"
– deyə o bildirb.
Daha sonra isə "Müsəlmanların sayı yaman çoxdur. Şəhərimizdə
istənilən həbsxanaya girin və məhbusların simalarına baxın.
Görəcəksiniz ki, onların əksəriyyəti ərəblər, türklərdir" deyə qeyd
edib. Məhz bundan sonra Fransa baş naziri Manyuel Vals "Twitter"
səhifəsində "Beyzenin merinə ayıb olsun" deyə yazdı. Fransa
prezidenti Fransua Olland isə Menardın hərəkətlərini "Fransa
respublikasının dəyələrinə zidd" adlandırdı.
"Müsəlman uşaqların siyahıya alınması Fransa Respublikasına
təhqirdir", - deyə parlament sədri Menardı qınadı. Daxili işlər
naziri Bernard Cazeneuve isə onu nasistlərə bənzətdi. Bütün bunlar
Menardın heç vecinə də deyil. O, 2008-ci ildə layiq görüldüyü
Fransa Fəxri Legion ordeninin hələ də sinəsində gəzdirir.
Maraqlıdır ki, məhz həmin il Menardın ABŞ kəşfiyyatı ilə əlaqələri
üzə çıxıb. Belə ki, ABŞ Ədliyyə Departamenti prezident Corc Buşun
sözçüsü Skot Stanzelin açıqlamasından sonra araşdırmaya başlayaraq,
USAİD-in ayırdığı qrantı "Sərhədsiz reportyorlar" təşkilatının
mənimsədiyi iddiasını irəli sürmüşdü. Söhbət ABŞ prezidentinin
Kosta Rika və Kuba məslələri üzrə müşaviri olmuş Felip Sikstonun
"Cuban Freedom" mərkəzinin vəsaitini mənimsəməsindən gedir.
F.Sikston təşkilatın rəhbərliyinə Menardla səmimi münasibətlərdə
olan CİA agenti Frak Kalzonu gətirib. Menard da Floridada öz
bürosunu açaraq, Kubada terroru dəstəkləyən qruplarla əməkdaşlıq
edib. ABŞ Baş hesablama ofisinin (General Accountability Office)
apardığı audit zamanı məlum olub ki, USAİD-ə Kuba üçün ayrılmış
64.5 milyon dolların çox cüzi hissəsi təyinatı üzrə xərclənib.
Menardın da imzasının olduğu sənədlərdə xərclərin əksəriyyəti
əsaslandırılmayıb. Boğaza qədər korrupsiyaya batmış bu şəxs yenə
sudan quru çıxır və həmin il Fəxri Legion ordeninə layiq görülür.
Çünki heç kəs, hətta Sarkozinin özü belə CİA-ya bağlı olan Menarda
"gözün üstə qaşın var" deyə bilməzdi. Onun CİA ilə əlaqələri
jurnalist Deniel Perlinin oğrulanmasına haqq qazandırmaqla da
ortaya çıxır.
"Bu şərəfsiz, ləyaqətsiz insan heç bir səbəb olmadan insanları
terrorçu sayaraq onları işgəncələrə, əzablara məruz qoyan Mərkəzi
Kəşfiyyat İdarəsinin cinayətlərini pərdələməyə çalışır. Söz
azadlığından, demokratik dəyərlərdən danışan, müxtəlif ölkələrdə
həbs olunmuş jurnalistlərin hüquqlarını müdafiə etdiyini söyləyən
insanın belə davranışına nə ad vermək olar?!" "Rue89" saytı onun
haqqında belə yazırdı.
Lakin o da faktdır ki, Menard Dövlət Departamentinin dəstəyi ilə
1985-ci ildə "Sərhədsiz həkimlər" təşkilatının adını oğurlayaraq
yaratdığı "Sərhədsiz reportyorlar"la birbaşa ABŞ-ın siyasətini
yerinə yetirirdi. Dövlət Departamenti sifariş verir, o isə hədəfdə
olan ölkədə jurnalistlərin təzyiqə məruz qaldığını, azad səsin
boğulduğunu iddia edərək dünyaya car çəkirdi. Azərbaycanla bağlı
hesabatlarda bu, dəfələrlə öz əksini tapıb. Ömrü boyu qələm tutmağı
bacarmayan insanları jurnalist edib, "azad söz boğulur" deyən
"sərhədsiz reportyorların" missiyası bu gün də davam edir...
Halbuki, jurnalistlər üzərindən kampaniyalar aparmaqda usta olan
Robert Menardın "Rədd olun otaqdan" deyərək jurnalistləri qovması
da uzaq tarix deyil. O, bu ilin may ayında "Midi Libre"
agentliyinin iki əməkdaşını belə qarşılamışdı. Və jurnalistikaya
"fransız olan" bu islamafob hələ də ədalətdən, demokratiyadan, azad
sözdən danışır, Azərbaycan da daxil olmaqla sifariş verilən
ölkələri ittiham edir.
Hazırda Fransa cəmiyyətinin ciddi qınağına tuş gələn Robert
Menardın özünü quzu kimi aparması da diqqətdən yayınmır. Fransız
mütəfəkkir Volter hələ üç əsr öncə Menard kimilər haqda belə
yazmışdı: "Bəzi insanlar həyatının bir dövründə aldanır, o biri
dövründə aldadır. Başqa sözlər desək, dünyaya quzu kimi gəlir,
tülkü kimi gedir".