Yuxarı

Rusiyanın “qasırğa planı” baş tutmadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın “qasırğa planı” baş tutmadı

"Son zamanlar Rusiyanın Avropada yeni ərazilər ələ keçirmək üçün xüsusi hücum planının olmasına dair irəli sürülən iddialar inandırıcı deyil".

Bu barədə Axar.az-a açıqlamasında "Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu danışıb. Politoloq Rusiyanın son manevrlərinin ABŞ və Avropanın təhlükəsizlik sisteminin məhvinə yönəldiyinə inanmadığını söyləyib:

"Bu tip əməliyyat və tədbirlər adətən bir güc nümayişi olaraq həyata keçirilir. Son günlərin əsas mövzusuna çevrilən bu ssenarilərin arxasında çox ciddi planların olduğuna inanmıram. Rusiyanın Skandinaviya və Baltikyanı ölkələrə hərbi müdaxiləsi ağlabatan deyil. Çünki hər üç Baltikyanı ölkə, eyni zamanda, Norveç və İsveç NATO üzvlü dövlətlərdir. Alyansın nizamnaməsinin 5-ci bəndində bildirilir ki, təşkilat ölkələrindən birinə xarici hərbi təcavüz NATO-ya hücum kimi qiymətləndirilir və buna uyğun olaraq adekvat addımlar atılır. Rusiya hərbi potensialının NATO qarşısında hansısa bir nəticə hasil edəcəyini düşünmürəm. Bunların əksəriyyəti psixoloji müharibə və xüsusi gərginlik yaratmağa yönəlmiş addımlardır. Bu yaxınlarda Pentaqon şefi Avropada olarkən belə bir bəyanat səsləndirdi ki, Rusiyanın Şərqi Avropaya təcavüzünün qarşısını almaq üçün 250 tank yetərlidir. Bu da eynilə həmin seriyadan olan ideoloji müharibədir. Rusiya-Qərb arasında ciddi savaş olmayacaq. Çünki bu, təkcə Rusiya və Qərb üçün deyil, bütün dünya üçün dağıdıcı bir fəlakət ola bilər".

Qeyd edək ki, Avropa Siyasi Analiz Mərkəzinin (CEPA) eksperti Edvard Lukas Rusiyanın şimal-qərbində bu ilin martında keçirilən qəfil və irimiqyaslı hərbi manevrlərin dörd ölkənin - Finlandiya, İsveç, Danimarka və Norveçin ərazilərinin ələ keçirilməsi üçün bir məşq olduğunu bildirib.

Tarix
2015.06.30 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla