Yuxarı

7 tanınmış iş adamının əmlakına həbs qoyuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə rüşvət və korrupsiya əməliyyatı çərçivəsində ikinci həbs dalğası hökumət tərəfindən əngəllənsə də, prokurorun 7 tanınmış iş adamı və 2 şirkətin daşınan və daşınmaz əmlakına həbs qoyulması barədə sanksiyası icra olunub.

APA "Habertürk"ə istinadən xəbər verir ki, ikinci dalğada həbs və axtarışlara sanksiya verən, hətta Baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanı şübhəli şəxs qismində ifadə verməyə çağıran prokuror Müəmmər Akkaş cinayət işinin istintaqından kənarlaşdırılsa da, bundan qısa müddət öncə o, hökumətə yaxın tanınmış iş adamları Abdulla Tivnikli, Mustafa Lətif Topbaş, Camal Kalyoncu, Ömər Faruk Kalyoncu, Mehmet Cengiz, Üsamə Kutub və Cengiz Aktürkün, eləcə də "Kalyon" şirkətlər qrupuna aid "Zirve Holding"in və C.Aktürkün "Bosphjorus 360" adlı şirkətinin bütün mal varlığına həbs qoyulması barədə sanksiyanı poçt vasitəsilə müvafiq dövlət orqanlarına göndərə bilib. Həbs qərarı "mütəşəkkil cinayətkar dəstə qurmaq və idarə etmək", "tenderlərdə qanunsuzluq", "rüşvət", "dövlət malına zərər vermək" ittihamları ilə başlanan cinayət işi çərçivəsində verilib.

Qeyd edək ki, adı çəkilən iş adamları hazırda dövlətin həyata keçirdiyi İstanbulda üçüncü körpü və üçüncü hava limanı kimi nəhəng infrastruktur layihələrində iştirak edən şəxslərdir.

Tarix
2014.01.04 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla