Yuxarı

Angela Merkelin sirdaşına qarşı rüşvət ittihamı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Angela Merkelin sirdaşına qarşı rüşvət ittihamı

Almaniyada Baş nazir Angela Merkelin sirdaşı olaraq tanınan Ronald Pofallanın millət vəkili seçilməsinə baxmayaraq "Deutsche Bahn"ın idarə heyətinə gətiriləcəyi xəbərləri ölkə gündəmini alt-üst edib.

"Axar.az"ın əldə etdiyi məlumatda bildirilir ki, iqtidardakı Xristian Demokratik Birlik partiyası Ümumi katibi və Baş nazirlik Dairəsi Rəhbəri olan Ronald Pofallaya müxalifət partiyalarından etirazlar edilərkən, öz partiyasından da ona qarşı tənqidlər səslənib.

"Süddeutsche Zeitung"un xəbərinə görə Pofallanın 13 il boyunca idarəçiliyini etdiyi "Niederrhein CDU" təşkilatı vətəndaşlara müraciət edərək bizi aldatdığını və çətin durumda buraxdığını bildirib.

Məsələ ilə əlaqədar münasibət bildirən ictimai hüquq professoru Hans Herbert von Armin Pofalla qarşı sərt sözlər səsləndirib.

Armin bunu " rüşvətin bir başqa forması" kimi dəyərləndirərək, seçicilərin demokratiyaya olan güvəninin azaldığını və Baş nazirlik Dairəsinin nüfuzunun sarsıldığını bildirib.

Müxalifətdəki Yaşıllar Partiyası məsələylə bağlı şirkətə köçürmələrin ən azı 3 illik müddətə məhdudlaşdırılması üçün qanunu Federal Məclisə təklif edəcəklərini deyib.

Digər tərəfdən "Deutsche Bahn"ın sindikatlarından da Pofallanın bu ictimai şirkətə gəlməsi ilə əlaqədar tənqidlər gəlir. GDL sindikatı Klaus Veselski məsələ ilə bağlı münasibət bildirərkən deyib: "Bu cür transferlər üzvlərimizi narahat edir".

Tarix
2014.01.07 / 22:49
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla