Yuxarı

Qəzzafinin qətlindən öncəki son səs yazısı: nələr deyir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzzafinin qətlindən öncəki son səs yazısı: nələr deyir?

Liviyanın sabiq lideri Müəmmər Qəzzafinin qətlə yetirilməzdən bir neçə saat öncəki son səs yazısı ölümünün 9-cu ildönümü günü yayılıb.

Axar.az xəbər verir ki, “Əl-Hadat” nəşri səs yazısının 20 oktyabr 2011-ci ildə, Sirtdə yazıldığını açıqlayıb.

Səs yazısında Qəzzafi ölkədə baş verənlər və doğma şəhərinin mühasirəsini yarmaq hazırlığı haqda danışır. O bildirir ki, ərəbizm, islam, prinsiplər, dəyərlər, təcavüz və zülm qarşısında ədalət naminə bu savaşda ölməyə hazırdır.

“Dünyada ədalət uğrunda, bərabərlik və ləyaqət naminə 40 illik qanlı mübarizə aparan Liviyaya qarşı 40 ölkə aqressiyaya başlayıb. Liviya paytaxtı Tripolinin təslim olması və NATO və islamçı terror qruplarının əlinə keçməsi xəyanətin nəticəsində baş verdi”, - Qəzzafi deyir.

O, həyat yoldaşı Səfiyyə və qızı Aişəyə müraciət edir, onlara xoşbəxtlik və səadət arzulayır və bildirir ki, o, kişi kimi və inamla ölümə gedir və öz ölkəsi ilə fəxr edir.

Qeyd edək ki, Müəmmər Qəzzafi 2- oktyabr 2011-ci ildə Sirt şəhərindəki son döyüşdən sonra qətlə yetirilib.

Tarix
2021.10.21 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla