Yuxarı

Davudoğlu CHP başqanını niyə “təqib edir”?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Davudoğlu CHP başqanını niyə “təqib edir”?

Bu gün Türkiyə vaxtı ilə saat 18:00-da Baş nazir Davudoğlu ilə CHP başqanı Kılıcdaroğlu arasında görüş keçiriləcək.

Axar.az xəbər verir ki, AKP ilə CHP arasında bu görüş 6-cı olacaq. Bu vaxta qədər 5 dəfə müxtəlif heyətlərlə üst-üstə 35 saat davam edən müzakirələr aparılıb. Ehtimal edilir ki, koalisiya hökumətinin qurulması yönündə bugünkü görüş hər şeyi həll edəcək.

CHP sədrinin müavini Mehmet Bekaroğlu da koalisiya hökumətinin qurulması üçün imkanların qaldığını, hər iki tərəfin hazırkı vəziyyətdə bu koalisiyaya meyilli olduğunu deyib.

Az öncə isə Baş nazir Əhməd Davudoğlunun Tvitter sosial şəbəkəsində "təqibçiləri" sırasına CHP sədri Kamal Kılıcdaroğlunu əlavə etməsi medianın diqqətini çəkib.

Media Kılıcdaroğlunun adının əlavə edilməsi ilə Davudoğlunun Tvitterdə cəmi 84 adamı "təqib etdiyini", onu "təqib edənlərin" isə 3 milyon 250 min nəfər olduğunu xatırladıb. Beləliklə, təqib edəcək çox azsaylı adamlardan biri kimi Kılıcdaroğlunu seçməsi Davudoğlunun bugünkü görüşlə bağlı ciddi düşüncədə olduğu və koalisiya hökumətinin AKP-CHP arasında mümkünlüyü ehtimalını artırıb.

Tarix
2015.08.10 / 09:19
Müəllif
Axar.az
Digər xəbərlər

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroatxon Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla