Yuxarı

Kreml separatçıları tanıyıb, sonra özünə birləşdirəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Kommunist Partiyasının Dövlət Dumasına “Donetsk xalq respublikasını” və “Luqansk xalq respublikasını” tanımasını təklif edib. Rusiya kommunistləri parlamentin “tanınma” təklifiylə Rusiya prezidentinə müraciət qəbul edilməsini təklif ediblər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı şərhində bildirib. O qeyd edib ki, əslində Kreml separatçıları çoxdan tanıyıb.

“Birincisi, Rusiyanın hərbi dəstəyi olmadan separatçılar bölgəni işğal edə bilməzdilər. İkincisi, bölgənin iqtisadiyyatı Rusiyanın müvafiq qurumları tərəfindən idarə olunur. Üçüncüsü, Kreml separatçıların nəzarət etdiyi bölgələrdə yaşayanlara Rusiya pasportları paylayıb”, - deyə politoloq bildirib.

O vurğulayıb ki, Kreml iki mərhələdə məsələni öz xeyrinə həll etməyi planlaşdırır:

“Birinci mərhələdə separatçıları rəsmən tanıyacaqlar, ikinci mərhələdə isə 2014-cü ildə Krımda olduğu kimi Donetskdə və Luqanskda “referendum” keçirib bölgəni Rusiyaya birləşdirəcəklər. Bu Putinin Ukrayna ilə bağlı minimum planıdır. Maksimum plan isə “Novorossiyadır”, yəni Ukraynanın tən yarısının qopardılmasıdır”.

Tarix
2022.01.21 / 22:14
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla