Yuxarı

Saakaşvilinin köçürülməsi anının görüntüləri yoxa çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qori hospitalından eks-prezident Mixail Saakaşvilinin köçürülməsi zamanı qeydə alınan görüntülər müşahidə kameralarından silinib.

Axar.az xəbər verir ki, bu barədə Mixail Saakaşvilinin vəkili Nika Qvaramiya Feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, Mixail Saakaşvili Qori hospitalından Rustavi Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü zaman yaranan mübahisənin görüntüləri yoxa çıxıb:

"Qori hospitalında insidentin baş verdiyi anın görüntüləri müşahidə kameralarından silinib. Penitensiar xidmət bu insidentin onlar tərəfindən də ayrı kamera ilə çəkildiyini bildirir, lakin Dövlət Müfəttişliyinə bu görüntüləri vermir. Bizim əsaslı şübhələrimizə əsasən bu görüntülər onlarda da "səhvən" silinəcək", - Qvaramiya bildirib.

Qeyd edək ki, vəkillər Mixail Saakaşvilinin Qori hospitalından Rustavi Cəzaçəkmə Müəssisəsinə gətirildiyi zaman mübahisə yarandığını bildirirlər.

Tarix
2022.01.26 / 21:59
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla