Gözləyək, yaza qədər vəziyyət dəyişəcək - Kostenko
14:47
| Ana səhifə Planet |
|
Belarusda prezidentliyə namizədliyə görə imzatoplama kampaniyası yekunlaşıb.
Axar.az xəbər verir ki, Aleksandr Lukaşenkonun prezidentliyə namizəd irəli sürülməsi üçün 1,7 milyondan çox imza toplanıb.
Onun rəqibləri isə bundan qat-qat az imza toplayıblar: Sergey Qaydukeviç 130 min, Viktor Tereşşenko 128 min, Tatyana Korotkeviç 100 min, Nikolay Ulaxoviç 110 min, Sergey Kalyakinin təşəbbüs qrupu təqribən 70 min imzanın toplandığını elan edib.
Prezidentliyə daha bir potensial namizəd – Anatoli Lebedko seçkiqabağı mübarizədən çəkilib. Prezident vəzifəsinə namizəd iddiasında olan Janna Romanovskaya imzaların toplandığı bütün dövr ərzində onların sayını açıqlamayıb.
Qeyd edək ki, Belarusda seçki bu il oktyabrın 11-də keçiriləcək.
|
Tarix
2015.08.21 / 22:18
|
Müəllif
Emil Salamoğlu
|