Rusiyanın Ukraynadakı əməliyyatı mənim üçün sürpriz oldu. Çünki Rusiya qoşunlarının Ukrayna sərhədində cəmləşməsinin danışıqlar üçün olduğunu düşünürdüm.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Vaşinqton Eksaminer”ə müsahibəsində deyib.
“Mən təəccüblənirəm. Düşünürdüm ki, Rusiya Prezidenti Vladimir Putin sərhədə hərbçiləri göndərəndə belə danışıqlar aparır. Məncə, bu, çətin, lakin ağıllı danışıqlar yoludur. Fikirləşdim ki, o, hamı kimi, ABŞ ilə yaxşı bir razılaşma əldə etmək niyyətindədir və hansısa bir ticarət müqaviləsində olduğu kimi, danışıqlarda qərarlıdırlar”, - o bildirib.
Tramp Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatı bütün dünya üçün çox kədərli an adlandırıb:
“Putinlə çox sərt olan da, onunla yaxşı anlaşan da mən idim”.