Beyin sağlamlığınız üçün bu şokoladı yeyin
02:01
| Ana səhifə Planet |
|
Çində elektron ticarət sahəsində yükdaşımalar ilə məşğul olacaq xüsusi aviaşirkət yaradılıb.
Axar.az xəbər verir ki, təsis edilən aviaşirkətin adı "Yunaytıd Star Ekspress" adlanır.
Tyantszin azad iqtisadi zonasında qeydiyyata alınan aviaşirkətin nizamnamə kapitalı 400 milyon yuan (18,8 milyon dollar) təşkil edir.
İlk kommersiya reyslərinin 2016-cı ilin ortalarında istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda şirkətin parkında "Boinq 737", "Boinq 757" və "Boinq 767" təyyarə modellərindən istifadə olunur.
İlk vaxtlar Çin və qonşu ölkələr arasında uçuşlar yerinə yetirilməsini təmin edəcək. Bir müddət sonra isə Avropa və ABŞ bazarına çıxmağı planlaşdırır.
|
Tarix
2015.10.10 / 14:40
|
Müəllif
Nigar İxtiyarqızı
|