Yuxarı

Almaniyada kəskin bahalaşma: etiraz dalğası...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada kəskin bahalaşma: etiraz dalğası...

Enerji böhranı və dərinləşən inflyasiya artıq Avropa dövlətlərində narazılığın artmasına səbəb olur. Almaniya bu mənada istisna deyil.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu ölkədə getdikcə artan əsəbilik qeydə alınıb və hətta tez-tez etiraz aksiyaları keçirilir. Enerji daşıyıcılarının bahalaşmasına görə narazılıq əhalinin bütün təbəqələrinin həyatında və işində pis əksini tapıb. Hüquq müdafiəçiləri ehtiyat edirlər ki, bu, ölkədə cinayətkarlığın və zorakılığın səviyyəsinin artması ilə nəticələnə bilər.

Yaxşı yadımızdadır, pandemiyanın əvvəlində bütün Almaniyada da etiraz dalğaları qeydə alınmışdı. Polisdə vəziyyətin təkrarlanması gözlənilir. Onlar gərginliyin yalnız artacağını proqnozlaşdırırlar. Hüquq-mühafizə orqanları ekoloji və iqlim hərəkatlarının fəalları tərəfindən enerji və hərbi sənaye obyektlərinin blokadaya alınması və zəbt olunmasından ehtiyat edirlər. Ultrasolçular partiyasının təmsilçiləri də belə əməllər törədə bilərlər. Yəqin ki, sağçı ekstremistlər də kənarda qalmayacaqlar.

Vəziyyəti COVİD-19 virusunun yeni dalğası ilə bağlı koronavirus məhdudiyyətləri gərginləşdirə bilər. Tamamilə mümkündür ki, koronavirus əleyhinə etirazlar zorakılıq elementləri olan mitinqlərə çevrilə bilər.

Tarix
2022.09.24 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla