Yuxarı

Medvedyevdən Krım xəbərdarlığı: Zərbələr endiriləcək!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Krıma zərbələr endirəcəyi təqdirdə danışıqlar olmayacaq, ancaq Kiyevin nəzarətində olan bütün ərazilərə qisas zərbələri endiriləcək.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev jurnalist Nadana Fridrixsona yazılı müsahibəsində bildirib.

Müsahibə jurnalistin Teleqram kanalında dərc olunub.

Medvedyev Ukraynanın Krıma zərbələr endirməklə Rusiyanı danışıqlara məcbur edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

“Bu halda hər hansı danışıqlar olmayacaq, yalnız qisas zərbələri olacaq. Kiyevin hakimiyyəti altında olan bütün Ukrayna yanacaq”, - deyə Medvedyev suala cavabında qeyd edib.

“Biz istənilən cavabı verə bilərik. Rusiya Prezidenti bunu qəti şəkildə deyib”, - deyə Dmitri Medvedyev əlavə edib.

O bildirib ki, Rusiya öz qarşısında heç bir məhdudiyyət qoymur və təhdidlərin xarakterindən asılı olaraq bütün növ silahlardan istifadə etməyə hazırdır:

“Hətta doktrinal sənədlərə uyğun olaraq, nüvə silahlarından da istifadə mümkündür”.

“Mən sizi əmin edə bilərəm: cavab tez, sərt və inandırıcı olacaq”, - deyə siyasətçi vurğulayıb.

Tarix
2023.02.04 / 16:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-da güclü partlayış: ölənlər var

Türkiyədə yenidən zəlzələ oldu

Şoyqu, Lavrov məsuliyyətə cəlb edilməlidir - Kuleba

Ukraynasız Avropa təhlükədə olacaq - Litva

Zəlzələ: 160-dan çox azərbaycanlı xəsarət aldı

İvanişvili oliqarxdır, onun təsiri var - Zurabişvili

ABŞ və İran qüvvələri arasında şiddətli döyüş gedir - Video

Zalujnı britaniyalı admirallara danışdı: Çətin vəziyyət...

AKP-dən böyük təklif: 15 milyona şamil ediləcək

Yer kürəsində güclü maqnit qasırğası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla