Dünya tarixində əhəmiyyətli
rol oynayan bir çox ixtiranın yaranmasında müsəlman alimlərinin
böyük xidmətləri olub. Həmin alimlər yeni kəşflər etməklə yanaşı,
həm də elm aləminə yanlış şəkildə təqdim olunan bəzi fikirlərin
düzgün variantını açıqlayıb.
Axar.az müsəlmanların dünyaya bəxş etdiyi ixtiraları təqdim
edir:
Dünyada ilk dəfə işığın gözün içinə girərək qırılması
nəticəsində görmə qabiliyyətinin yarandığını kəşf edən şəxs X əsrdə
yaşamış müsəlman alimi İbn Xeytamdır.
Mayeləri fərqli qaynama nöqtələrinə görə bir-birindən ayırmağı
ilk dəfə müsəlman elm xadimi Cabir Xayyan tapıb.
Şahmatın bu gün oynanılan forması ilk dəfə İranda
təkmilləşdirilib. Sonralar isə Qərbə yayılıb. X əsrdə ispanlar
Əməvilər vasitəsilə şahmatla tanış olublar.
Rayt qardaşlarının ilk uçuş sınaqlarından 1000 il əvvələ qədər
852-ci ildə Abbas Firnas adlı bir ərəb Kordobadakı Ulucaminin
minarəsindən taxtadan düzəldilmiş qanadlarla tullanıb. Uçmaq istəsə
də, uça bilməmişdi. Ancaq taxta qanadların yaratdığı paraşüt
funksiyası ilə yüngül bir şəkildə yerə enib. O, 70 yaşında ikən
ipək və qartal tüklərindən hazırladığı qanadlar vasitəsilə yenidən
uçmağa cəhd edib. Bu dəfə isə 10 dəqiqə havada qalmağı bacarıb.
Səlib yürüşləri zamanı müsəlmanları xristian əsgərlərin
təcavüzkarlığı yox, onların çox nadir hallarda yuyunmaqları və
bədənlərindən pis iy gəlməsi dəhşətə gətirirdi.
Düz hərəkəti fırlanan hərəkətə çevirən mil sistemini Əl Ciziri
adlı müsəlman alim ixtira edib.
Rəvayətə görə, Cənubi Efiopiyanın Kafa bölgəsində ərəb əsilli
çoban Xalid qoyunlarının bir bitkini yeyəndən sonra canlandığını
görüb. Bu bitkiləri toplayıb və qaynadaraq içib. Nəticədə qəhvəni
kəşf edib.
Qübbə və kəmər şəklindəki abidələr müsəlman memarlarının
məhsuludur. Xüsusilə qübbə memarlığı ilə bağlı biliklər Avropaya
islam alimləri vasitəsilə daşınıb. İngiltərə kralı V Henrinin
sarayının memarı da müsəlman olub.
Dünyada bu gün istifadə edilən cərrah alətlərinin hamısının son
dizaynları Əndəlüs Əməvilərindən Zəhraviyə aiddir. Neştər, sümük
mişarları, göz əməliyyatı qayçılarının da daxil olduğu 200 cərrahi
alət müasir tibdə də istifadə edilir.
Yel dəyirmanı ilk dəfə İranda kəşf edilib və Ərəb ölkələrində
təkmilləşdirilib. Avropada külək dəyirmanı 500 il əvvəl istifadə
edilməyə başlanıb.
İlk peyvənd də islam dünyasında təkmilləşdirilib. Çiçək
peyvəndinin Avropada istifadəsindən 50 il əvvəl Osmanlıda uşaqlara
çiçək xəstəliyinə qarşı peyvənd vurulurdu.
İçərisi mürəkkəblə doldurulan ilk qələm 953-cü ildə əllərini
mürəkkəbə batırmaq istəməyən Misir sultanının istəyi ilə ixtira
edilib.
Mühüm riyazi elmlərdən olan alqoritm və triqonometriya islam
dünyasından Avropaya gedib.
Xalça toxuculuğundakı texniki biliklərin böyük hissəsini
müsəlmanlar tapıb.
Müasir bank çekinin kökü də ərəblərdə istifadə edilən və "sak"
adlandırılan kağız idi. Ərəblər pullarını karvan basqınları zamanı
qorumaq üçün kağıza yazırdılar.