Yuxarı

İranla Əfqanıstan arasında “su savaşı” qızışır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla Taliban hökuməti arasında mövcud olan gərginlik Hirmənd çayından İrana su buraxılmaması iddialarından sonra daha da şiddətlənib.

Axar.az xəbər verir ki, bununla bağlı Əfqanıstan mediası məlumat yayıb.

Əfqanıstan xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Abbas İstankəzi məsələ ilə bağlı açıqlamasında İran tərəfinin Hirmənd çayı üzərində qurulan Kəcəki bəndində su olub-olmadığı barədə yoxlama aparmaq təklifini rədd edib.

“Bəndlər strateji obyekt sayılır və heç bir halda iranlı mütəxəssislərin Kəcəki bəndinə baş çəkməsinə icazə verilməyəcək”, - nazir müavini bildirib.

Qeyd edək ki, mayın 18-də İran Prezidenti İbrahim Rəisi Taliban hökumətinin bu ölkədəki Hirmənd çayının axınını dəyişdiyini iddia edib. İranın XİN başçısı da oxşar bəyanatla çıxış edərək, Əfqanıstana qarşı təzyiq vasitələrindən istifadəyə olunacağını bildirib.

Tarix
2023.05.25 / 13:50
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla