Yuxarı

İŞİD-də maliyyə böhranı: maaşlar azaldıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlarda təzyiq altında olan İŞİD maliyyə böhranı keçirir.

Axar.az xəbər verir ki, bu barədə HİS İnc. şirkətinin hesabatında qeyd olunub. BBC-yə danışan təşkilat nümayəndəsi Kolumb Strak terrorçuların getdikcə maliyyə qaynaqlarından məhrum olduğunu deyib:

"İŞİD yalnız terror təşkilatı deyil. Onlar dövlət qurublar. Bazardakı mağazalardan 20% gəlir vergisi toplanır. İŞİD-in illik 960 milyon dollarlıq gəlirinin 50 %-i vergilərdən və ələ keçirilən qənimətlərdən formalaşır. Gəlirin 43%-i neftdən, geridə qalanı isə narkotik qaçaqçılığı, elektrik satışı və xaricdən ötürülən maliyyə hesabına formalaşır. Terrorçular hər hansı bir şəhəri ələ keçirər-keçirməz su, un və hidro-karbon qaynaqlarının təhlükəsizliyini qoruyur. Bunların paylanmasını öz əlində saxlayan terrorçular insanları özlərindən asılı hala salırlar".

Təşkilat rəsmisi 2014-cü ilin sentyabrında Dəclə-Fərat hövzəsində 210 min kvadrat kilometrlik bir sahəyə nəzarət edən terrorçuların indi sərbəst hərəkət edə bilmədiyini bildirib:

"Onlar işğal etdikləri ərazilərin 20-25%-də sərbəst hərəkət edə bilmir. Milyonlarla dollar gəlirinə baxmayaraq, yeni gəlir mənbələri axtarışında olan təşkilat Rakkada xalqa verilən benzinin qiymətinin artırılmasını düşünür. Ən son məlumata görə, terrorçulara verilən aylıq maaş 400 dolardan 300 dollara endirilib".

Tarix
2015.12.11 / 16:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev Belçika Kralını təbrik etdi

İranda Allaha inanmayanların sayı... – Heyrətamiz nəticə

Britaniya şirkəti Qarabağda filiz hasilatına başladı

Rusiya Kiyevdə Azərbaycan səfirliyinin yaxınlığını bombaladı

Azərbaycan bayrağı Ermənistanda trend oldu - Foto

Əliyev Rusiyadan rəsmi etiraf tələb etdi - Xarici KİV

Forumun Xankəndidə keçirilməsi... – Vəliyev

Türklər Zəngəzuru bu cür ələ keçirəcək: Batum kimi...

Ukraynalı jurnalist Əliyevə görün nə hədiyyə etdi - Video

Azərbaycanın MDB-nin iclasında iştirak etməməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla