Yuxarı

Paşinyan Soçidə bununla öyündü, səbəbi isə demədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Soçidə bununla öyündü, səbəbi isə demədi

Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə keçirilən Aİİ konfransında ölkəsinin iqtisadi artımı ilə öyünüb.

Axar.az xəbər verir ki, o, 2022-ci ildə Ermənistan iqtisadiyyatında 12,6%-lik artım olduğunu bildirib və bunu “görünməmiş nailiyyət” adlandırıb.

Paşinyan 2022-ci ildə Ermənistanın Aİİ ölkələrinə ixracının 77,7% artdığını da diqqətə çatdırıb və bunun “son hədd” olmadığını vurğulayıb.

Qeyd edək ki, 2022-ci ildə Ermənistan iqtisadiyyatında qəfil və gözlənilməz sıçrayışın səbəbi Rusiyaya tətbiq edilən sanksiyalardır. Belə ki, Ermənistan Rusiyaya sanksiyaların dəlinməsində yardım edən əsas ölkədir: Qərb texnologiyası Ermənistana gətirilir və buradan Rusiyaya daha baha qiymətə satılır. Ermənistanın Aİİ ölkələrinə ixracının kəskin artmasının da səbəbi budur. Ermənistanın Rusiyaya ixracında yüksək artım göstərici ilə fərqlənən məhsullara diqqət edək: elektronika malları, xarici avtomobillərin ehtiyat hissələri, çiplər və s. Bu məhsulların Rusiyaya ixracında 10-11 dəfə artım qeydə alınıb.

Bu isə onu deməyə əsas verir ki, Ermənistanın Avropadan idxal edərək, Rusiyaya göndərdiyi “məhsullarla” Kremlin öldürücü silahlar hazırlamasına birbaşa dəstək verir.

Tarix
2023.06.09 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident yeni səfirlər təyin etdi

İlham Əliyev bu səfirləri geri çağırdı

Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - Fotofakt

BƏƏ generalı Azərbaycanda səfərdədir - Foto

Mehdiyev işi: İstintaqa elə bir dosye təqdim olundu ki...

Arazdəyən-Sədərək ərazisi də açılmalıdır

Hakan Fidanın müavini Bakıya gəldi - Foto

İrəvan Bakı-Ankara yolunu niyə açmağa çalışır?

Azərbaycan İrəvandakı bu tədbirdə iştirak etməyəcək

Azərbaycanla əlaqələrin bərpasına hazırıq - Şvıdkoy

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla