Yuxarı

Erməni ordusunun 2015 itkisi açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni ordusunun 2015 itkisi açıqlandı

Ermənistan Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə cəbhə xəttində atəşkəs rejimi ümumilikdə 8830 dəfə pozulub.

APA-nın apardığı monitorinqə görə, 2015-ci ilin yanvar ayında 714, fevralda 625, martda 682, apreldə 575, mayda 728, iyunda 738, iyulda 819, avqustda 836, sentyabrda 828, oktyabrda 695, noyabrda 773, dekabrda 817 atəşkəs pozuntusu faktı qeydə alınıb.

Ermənistan Silahlı Qüvvələrinə məxsus sığınacaqlara endirilən sərrast zərbələr nəticəsində erməni tərəfinin xeyli canlı qüvvəsi və texnikası sıradan çıxarılıb.

Erməni silahlı bölmələri atəşkəs rejimini ən çox avqust ayında pozublar - 836 dəfə.

Ötən il Qarabağ cəbhəsində Ağdam və Füzuli istiqaməti ən gərgin ərazi olub.

Ağdam istiqamətində atəşkəs 2597, Füzuli istiqamətində isə 1726 dəfə pozulub. Qalan atəşkəs pozuntuları isə digər rayonların payına düşür.

Atəşkəs pozuntularının böyük hissəsi Qarabağ cəbhəsində baş verib.

2015-ci ildə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb.

Eyni zamanda, erməni silahlı bölmələri ötən il Azərbaycanın yaşayış məntəqələrini də atəşə tutub.

Ötən il cəbhədə baş vermiş döyüş toqquşmaları nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbələr vurublar. Ermənistan Silahlı Qüvvələrinə məxsus sığınacaqlara endirilən sərrast zərbələr nəticəsində erməni tərəfinin xeyli canlı qüvvəsi və texnikası sıradan çıxarılıb. Düşmən ümumilikdə il ərzində 143 əsgər itirib, 100-dən çox əsgəri isə yaralanıb.

2015-ci ildə Ermənistan Silahlı Qüvvələrinə məxsus 11 kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Azərbaycan Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə məhv edilib.

2015-ci ildə Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisi Azərbaycan tərəfə təslim olub.

Ötən il qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimiz 19 şəhid verib.

Tarix
2016.01.05 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla