Yuxarı

İran düşməni ilə İrəvanda “Qarabağ görüşü” keçirdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran düşməni ilə İrəvanda “Qarabağ görüşü” keçirdi - Foto

İran və Fransanın Ermənistandakı səfirləri Mehdi Sübhani və Olivye Dekottini bu gün görüşüblər.

Axar.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, səfirlər Ermənistandakı və regiondakı hadisələri müzakirə ediblər.

Görüşə münasibət bildirən politoloq Elxan Şahinoğlu qeyd edib ki, müxtəlif məsələlərdə bir-birləriylə yola getməyən, bir-birinin ünvanına sərt tənqidlər səsləndirənlər Azərbaycanın erməni separatizminə qarşı mübarizəsinə gəldikdə, nə hikmətdirsə, bizə qarşı birləşirlər:

“Görüş İran səfirliyində olub. İki səfir Ermənistandakı və bölgədəki vəziyyəti müzakirə ediblər. Aydındır ki, “bölgədəki vəziyyət” dedikdə Azərbaycanın Qarabağdakı antiterror tədbirləri nəzərdə tutulur. Bu iki ölkənin səfiri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini müzakirə etmək üçün heç zaman bir araya gəlməzlər. Çünki Fransa Ukraynanı, İran Rusiyanı dəstəkləyir. Cənubi Qafqazda isə Fransa və İran Ermənistanı dəstəkləyirlər. Ona görə Ermənistana dəstək məsələsində bir araya gəlirlər. İran və Fransa Azərbaycanın bölgədə artan rolundan narahatdırlar. Çünki hər ikisi anlayır ki, Qarabağda separatizmə son qoyan Azərbaycan hər zaman bunların dəstəklədiyi Ermənistandan öndə olacaq. Fransa və İran bunun tam tərsini istəyir. Ancaq reallıq fərqlidir və bu reallığı Paris və Tehran dəyişə bilməyəcəklər”.

Tarix
2023.09.22 / 23:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Koşerbayevi qəbul etdi - Foto

Bu, bütün dünya üçün təhlükədir - Deputat

İlham Əliyev Pezeşkiana zəng edib, təbrik etdi

İran danışığa məcbur edilib, deməli... – Zülfüqarov

ABŞ, İsrail və İran məğlubdur: Qaliblər sırasında isə Bakı da var

İrana elə bir zərbə vuruldu ki... - Ayağa qalxa biləcək?

İlham Əliyev qazaxıstanlı nazirləri qəbul etdi - Foto

İranın şərtləri budur - ABŞ qəbul edə bilməz!

Bu, İran üçün qələbə deməkdir

Rəsmi Bakıdan ABŞ və İran arasındakı atəşkəsə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla