Yuxarı

Türkiyədən ABŞ-a F-16 çağırışı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən ABŞ-a F-16 çağırışı

Türkiyə ABŞ-dan heç bir şərt və məhdudiyyət olmadan F-16-ların alınmasına dair müraciətə baxılmasının tezliklə başa çatdırılmasını gözləyir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Biz dəfələrlə bəyan etmişik ki, Birləşmiş Ştatlar milli təhlükəsizliyimizə birbaşa təsir edən məsələlərlə bağlı öz yanlış mövqelərini düzəltmək üçün konkret addımlar atmalıdır. Bununla əlaqədar olaraq, biz bütün səviyyələrdə heç bir şərt və məhdudiyyət olmadan F-16-ların alınması və modernləşdirilməsi ilə bağlı müraciətimizə baxılmasının tezliklə başa çatdırılacağına ümid edirik”, - nazir bildirib.

Eyni zamanda, H.Fidan qeyd edib ki, Ankara qarşılıqlı maraq doğuran bir çox regional və qlobal məsələlərdə ABŞ ilə əməkdaşlığı davam etdirir.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci ilin iyulunda müdafiə büdcəsinə düzəlişi qəbul edib. Yeni sənədə əsasən, "Türkiyə Yunanıstan hava məkanını pozduğu müddətcə" ABŞ administrasiyasına yeni F-16 təyyarələri və onların modernləşdirilməsi üçün komponentləri Türkiyəyə satmaq qadağan edilib.

Tarix
2023.11.21 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla