Yeni sədr rəisi işdən azad etdi
15:58
| Ana səhifə Planet |
|
Kiyevə əlavə yardımla bağlı razılığın əldə edilməməsi Rusiya Prezidenti Vladimir Putin və bütün Rusiya rəhbərliyi üçün böyük hədiyyədir.
Axar.az xəbər verir ki, bu sözləri Virciniyadan olan amerikalı senator Mark Uorner X səhifəsində ABŞ Konqresinin Ukraynaya yardım və sərhəd təhlükəsizliyi ilə bağlı razılaşma olmadan məzuniyyətə çıxmasına münasibət bildirərkən yazıb.
“Siz bilirsinizmi Milad bayramını kim daha yaxşı qeyd edəcək? Vladimir Putin”, – siyasətçi əlavə edib.
Buna baxmayaraq, senator ABŞ-ın gələn il Kiyevin dəstəklənməsinə dair razılığa gələcəyinə ümid etdiyini bildirib.
|
Tarix
2023.12.22 / 22:34
|
Müəllif
Axar.az
|