Yuxarı

Zaxarovaya görə rus səfir XİN-ə çağırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaxarovaya görə rus səfir XİN-ə çağırıldı

Cənubi Koreyanın xarici işlər nazirinin müavini Çunq Byonq Von Rusiyanın Koreyadakı səfiri Georgi Zinovyevi 3 fevralda XİN-ə dəvət edib və Rusiya XİN sözçüsü Mariya Zaxarovanın dövlət başçısının bəyanatları ilə bağlı son şərhinə kəskin etiraz edib.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Nazir müavini Rusiyanın həqiqətə məhəl qoymamasının və qeyd-şərtsiz Şimali Koreyanı müdafiə etməsinin təəssüf doğurduğunu, eyni zamanda ölkə liderinin sözlərini son dərəcə kobud şəkildə tənqid etdiyini xatırladıb və bunun Koreya-Rusiya münasibətlərini daha da pisləşdirəcəyini vurğulayıb”, - bəyanatda deyilib.

Qeyd edək ki, Mariya Zaxarova Cənubi Koreya Prezidenti Yun Suk Yeolun Şimali Koreyanı dünyada qabaqlayıcı nüvə zərbəsi endirmək imkanını qanuniləşdirən yeganə ölkə adlandırmasına qarşı çıxıb və bu bəyanatı Şimali Koreyaya qarşı aqressiv planlarını ört-basdır etmək cəhdi adlandırıb.

Tarix
2024.02.04 / 01:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla