Yuxarı

Tramp Rusiyanı müdafiə etdi: “Suriya xalqı kimdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Rusiyanı müdafiə etdi: “Suriya xalqı kimdir?

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-ın Florida ştatının sabiq qubernatoru Ceb Buş ilə teledebata çıxıb.

Axar.az "CBS"yə istinadən xəbər verir ki, prezidentliyə namizədlər arasında Rusiya ilə gələcək münasibətlər mövzusunda yaranan fikir ayrılığı gərginliyə səbəb olub.

Buş Rusiya ilə əməkdaşlığa qarşı çıxaraq Moskvanın Yaxın Şərq siyasətini tənqid edib.

Tramp isə əksinə, Rusiya ilə əməkdaşlıq etməyin ABŞ-ın əsas prioritetlərindən birinə çevrilməli olduğunu vurğulayıb:

"Rusiyanın Suriyadakı dinc əhalini, müxalifət mövqelərini bonbaladığını deyirsiniz. Bəs bilirsinizmi ki, uğrunda milyonlar xərcləyərək qorumağa çalışdığınız Suriya xalqı kimdir? Heç onları tanıyırıq?"

Xatırladaq ki, Donald Tramp 2015-ci ilin 20 dekabrında çıxışı zamanı prezident seçiləcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri yoluna qoyacağını açıqlamışdı.

Tarix
2016.02.14 / 12:43
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla