Səlahəddin Dəmirdaş adlı şəxs özünü vicdanlı biri kimi
təqdim edir. "İstəyən hərbi xidmətə getsin, istəməyən yox" deyir.
Sonra da utanmazlar 14, 15, 16 yaşlı uşaqları dağlara çıxarırlar.
Bəs, sən vicdanlı biriydin?
Axar.az xəbər verir ki, bu sözləri AKP sədrinin müavini Səlçuq
Özdağ partiya toplantısı zamanı çıxışında deyib.
O, PKK-nın uşaq və gəncləri aldadaraq dağa çıxardığını
deyib:
"1984-cü ildə PKK terror təşkilatı yaradıldı. O gündən bu günə
qədər 50 mindən çox insanı məhv etdilər. Özləri sorğu-sualsız edam
etdilər. Konflikt bitsəydi, o zaman kimin kimi vurduğunu görərdik.
"Müharibədən dönəni vurun" Hitlerə aid olan bu fikir PKK üçün
keçərlidir. "Anamın yanına getmək istəyirəm" deyən uşaqları zorla
dağlara apardılar. İndi Səlahəddin Dəmirdaş adlı şəxs özünü
vicdanlı biri kimi qələmə verir. Azyaşlı uşaqları dağlara çıxarıb
öldürürlər. Budurmu sənin vicdanın?" - Özdağ vurğulayıb.