Yuxarı

Trampın Putinə verdiyi 50 günlük vaxt: Nə dəyişəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Putinə verdiyi 50 günlük vaxt: Nə dəyişəcək?

ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə atəşkəslə razılaşmaq üçün verdiyi 50 gün müddət ərzində Ukrayna Rusiyaya qarşı müqavimətdə ümumi vəziyyəti dəyişmək üçün kifayət qədər güc və vəsait toplaya biləcək.

Axar.az xəbər verir ki, bu fikirləri Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko deyib.

“Bu 50 gündən gözləntim odur ki, Ukrayna kifayət qədər vasitə və qüvvə toplaya biləcək ki, Rusiya başa düşsün – paytaxtları bombalamağı bacaran təkcə o deyil. Mənim yeganə gözləntim budur və görünür, bu, ümumi vəziyyətdə çox ciddi rol oynaya bilər. Üstəlik, "ölü" rus iqtisadiyyatının boğazındakı ilmə sıxılmaqda davam edir”, – deyə Oqrızko vurğulayıb.

O, həmçinin xatırladıb ki, Ukraynanın müttəfiqləri Rusiyaya qarşı yeni sanksiya paketləri hazırlayırlar və bu təzyiq prosesi Rusiya iqtisadiyyatını tam “boğmasa” da, onun sakit və sərbəst inkişaf etməsinə imkan verməyəcək, Moskvanın imkanlarını daim ləngidəcək.

Qeyd edək ki, Tramp Rusiyanı sanksiyalarla hədələyib və 50 gün vaxt verib.

Tarix
2025.07.22 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla