Yuxarı

Ərdoğanın sülh təklifində nələr var? – Mətn yayıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın sülh təklifində nələr var? – Mətn yayıldı

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan sülhün əldə olunması üçün ABŞ, Ukrayna, Rusiya və Türkiyə arasında birgə bəyanat imzalanması təklifini verib.

Axar.az xəbər verir ki, belə bir iddia ilə “Legitimnıy” (Легитимный) Teleqram kanalı çıxış edib.

Kanal bəyanatın mətnini də yayıb.

ABŞ, Rusiya (və Ukrayna) Türkiyənin vasitəçiliyi ilə:

- Bütün dünya üçün strateji və qlobal əhəmiyyət kəsb edən məsələlər, o cümlədən strateji və nüvə silahlarına nəzarət üzrə ikitərəfli məsləhətləşmələri bərpa etmək;

- Kütləvi qırğın silahlarından istifadə və ya istifadə hədəsini, başqa dövlətlərin daxili işlərinə müdaxiləni istisna etmək;

- START müqaviləsini (NATO Rusiya və ABŞ arasında imzalanan Yeni Strateji Silahların Azaldılması Müqaviləsi) müddəti bitməmiş tam həcmdə bərpa etmək və bu müddət ərzində müqavilənin daha genişləndirmiş formasını imzalamaq üçün nüvə silahına malik olan digər dövlətlərlə danışıqlar aparmaq (məqsəd İngiltərə, Fransa və Çini bu müqaviləyə cəlb etməkdir);

- 2024-cü ilin sonundan gec olmayaraq, digər dövlətlərin daxili işlərinə müdaxiləyə görə dövlətlərin, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyəti haqqında BMT Konvensiyasının razılaşdırılmış layihəsini birgə hazırlayıb baxılmaq üçün təqdim etmək;

- 2024-cü ilin sonundan gec olmayaraq yoxsulluğun azaldılması və kütləvi miqrasiyanın qarşısının alınması haqqında BMT Konvensiyasının razılaşdırılmış layihəsini baxılmaq üçün təqdim etmək;

- 2024-cü ilin sonundan gec olmayaraq onlar Qlobal Ekoloji Fondun fəaliyyətinin təkmilləşdirilməsinə dair BMT Konvensiyasının razılaşdırılmış layihəsini birgə hazırlayıb baxılmaq üçün təqdim etmək”.

Tarix
2024.03.22 / 18:07
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla