Yuxarı

Terrorçuları çiplərlə "idarə ediblər"? Bu axmaqlıqdır!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terrorçuları çiplərlə "idarə ediblər"? Bu axmaqlıqdır!

Kreml real terror qruplaşmalarına qarşı tədbir görmədiyi üçün Rusiya ərazisində terror aktları davam edəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan general-mayoru Viktor Yaqun deyib.

"Rusiyanın daxili işlər nazirinin müşaviri Vladimir Ovçinnikov bildirib ki, “Krokus Siti Holl”da terrorçuları onlara quraşdırılmış çiplərdən istifadə etməklə idarə ediblər. Bu, Daxili İşlər Nazirliyinin general-mayorunun sözləridir və onların axmaqlığının səviyyəsini başa düşməyə kifayət edir. Yəni bütün dünya onların ruhi xəstə olduğunu başa düşdü. Rusların problemi odur ki, onları bu cür adamlar idarə edir. Putin terror aktına görə Ukraynanı günahlandırdı və indi onun əlaltıları Putinin sözlərini təsdiqləmək üçün nəsə fikirləşməyə çalışırlar", - o bildirib.

Yaqun qeyd edib ki, Putin rejimi terrorçularla mübarizədə zəif və qeyri-peşəkardır:

"Rusiya üçün problemlər yeni başlayır. Dünya kəşfiyyat orqanları ilə danışıqlar aparmaq əvəzinə, səfehliklə məşğuldurlar. Rejim bu problemlə həqiqətən mübarizə aparmağa çalışmır.

Rejimin bu cür qeyri-peşəkarlığı və zəifliyi Rusiya ərazisində daha böyük terror aktlarına səbəb olacaq. Çünki onlar terrorçu qruplara qarşı real addım atmırlar”.

Tarix
2024.04.01 / 09:08
Müəllif
Zeybnəb Əkbər
Digər xəbərlər

İlham Əliyev və Meloni mətbuata bəyanat verdilər

İtaliya bizim bir nömrəli ticarət tərəfdaşımızdır - Əliyev

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

İlham Əliyevin toplantıda iştirak etməsi... - Paşinyan

Azərbaycanda isti su sayğacı olmayanların diqqətinə!

İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirildi

İlham Əliyev sammitə əlavə əhəmiyyət qatdı - Koşta

Ölkədə bu orqanların siyahısı müəyyənləşdi - NK

Prezidentin İrəvan toplantısında çıxışı ilə bağlı - Video

Paşinyan İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla